Aİ Azərbaycanın "COVID-19 peyvənd sertifikatı"nı tanıyır? - Ölkələrin vaksin “davası”
Avropa İttifaqı Komissiyası Türkiyə, Makedoniya və Ukraynanın "COVID-19 peyvənd sertifikat"larının tanınması barədə qərar qəbul edib.
Bilidirilir ki, müvafiq qanun avqustun 20-dən etibarən qüvvəyə minəcək. Hər üç ölkənin məlumatlar bazasının Aİ sertifikatlar sisteminə inteqrasiya ediləcəyi deyilir. Bununla da, hər üç ölkənin vətəndaşları Avropa ölkələrinə sərbəst səyahət edə biləcək. Adıçəkilən ölkələr öz növbəsində Aİ ölkələri tərəfindən verilmiş "COVID-19 peyvənd sertifikat"larını tanıyacaq.
Bəs ölkəmizdə vəziyyət necə dəyərləndiriləcək? Aİ ölkələri Azərbaycanın "COVID-19 peyvənd sertifikatı"nı tanıyırmı? Vətəndaşlar Avropa ölkələrinə sərbəst səyahət edə biləcəklər?
Bununla bağlı Cebhe.info-ya danışan Milli Məclisin Səhiyyə komitəsini üzvü, deputat Müşfiq Məmmədli bildirib ki, ÜST-ün tanıdığı, aparılan araşdırmaların nəticələri və qəbul edilən bütün vaksinlərin xarici ölkələrə səyahət üçün keçərlidir:
“Bunun keçərliliyi müvafiq ölkələrin sənədləri ilə təsdiq olunub. O sənədlər qarşılıqlı şəkildə tanınmalıdır. Biz bu sahədə aparıcı təşkilat olan ÜST-ü qəbul ediriksə, o zaman təşkilatın tövsiyə etdiyi sənədlərin tanınması da mümkün olmalıdır. Təəssüf ki, bəzi ölkələr sırf özlərinin maraqları xatirinə vaksin ədalətsizliyi aparır, öz istehsalları, yaxud yaxın müttəfiqlərinin istehsal etdiyi vaksinlərin tanınması istiqamətində məsələni daha çox qabardırlar. Aparıcı strukturlarının tənqid etdiyi vaksin ədalətsizliyini qabardırlar. Bu baxımdan burada ikili standart var. Qeyd edəm ki, bu barədə qərar vermək də hər bir ölkənin öznün suveren hüququdur”.
Müşfiq Məmmədli vurğulayıb ki, ÜST “CoronaVac” peyvəndini qəbul etsə də, bəzi ölkələr bu peyvəndi qəbul etmir:
“Avropa ölkələri və ABŞ “CoronaVac”ın keçərliliyini müxtəlif bəhanələrlə tanımır. Rusiya istehsalı olan “Sputnik V” peyvəndinə qarşı bəzi ölkələrin münasibəti fərqlidir. “CoronaVac”ın effeksizliyi barədə məlumat yoxdur. Burada sadəcə faiz nisbəti var. Sözügedən peyvəndin araşdırmalar nəticəsində 70-80 faiz keçərliliyi sübut olunub. Sözügedən peyvənd ÜST tərəfindən qəbul olunub. Azərbaycan bu baxımdan həmin vaksinlərdən istifadə edir.Avropa İttifaqına daxil olan ölkələrdən məsələn, Sloveniya, Slovakiya “CoronaVac”ı qəbul etdilər. “Sputnik V” ilə bağlı Serbiyanın açıqlaması oldu. Burada çoxsəpkililik müşahidə olunur”.
Paylaş:
Müəllif : Yazar
Tarix:20-08-2021, 16:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-08-2021, 16:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti