Xaçmazda Eldəniz Səlimov hadisəsindən sonra daha bir MƏMUR ÖZBAŞINALIĞI
Deyəsən, xaçmazlıların məmur və deputat sarıdan heç bəxti gətirmir. Eldəniz Səlimov mandatı türməyə “ezamiyyət”lə əvəzləyəndən sonra, hamı belə başa düşdü ki, həmin rayonda bir müddət məmurlar öz qınlarına çəkilər. Təəssüf ki, bunun əksini görürük.
Fotoda gördüyünüz bu şəxs Xaçmaz Regional Mədəniyyət İdarəsinin müdiri Vüsal Hüseynovdur. Xaçmazdan Azinforum.az-a yazırlar ki, onun
məmur özbaşınalığının kulminasiya nöqtəyə çatıb.
Bildirilir ki, Vüsal Hüseynov bu ilin fevral ayında anasının il mərasiminə gəlməyən işçiləri işdən qovub. (Allahdan anasına rəhmət diləyirik)
Əldə etdiyimiz məlumata görə işdən qovulanlardan biri də onun çox yaxın qohumlarından olub. Vüsal müəllim bundan əvvəl Quba rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri kimi çalışıb. Vüsal Hüseynovun həmin qurumdakı fəaliyyətinin də şəffaf olmadığı deyilir.
Vüsal Hüseynovun indiki vəzifəyə təyinatı isə mədəniyyət naziri Anar Kərimovun əmisi oğlu, Gənclər və İdman Nazirliyində sektor müdiri olan Kənan Kərimovun vasitəçiliyi ilə reallaşıb.
Arxası möhkəm olan məmur artıq rayonda istədiyi kimi rahat hərəkət edir və öz vəzifə səlahiyyətlərini aşmaqda heç bir problem yaşamır. Vüsal müəllimlə əlaqə saxlamaq cəhdlərimiz alınmadı.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-08-2021, 22:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:20-08-2021, 22:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti