reklam
Regionxeberlericom.az » Sosial » Kapital Bankda nə baş verir? - AÇIQLAMA

reklam

Kapital Bankda nə baş verir? - AÇIQLAMA



Şənbə günü Kapital Bankın kartlarına, o cümlədən də BirKartına ümid edərək evdən çıxan, alış-verişə gedən, kontur yükləyən, borc verən, borc qaytaran hər kəs peşiman olub. Kartların bloklanması Bankın müştərilərinin əsəblərini tarıma çəkib. Bu vəziyyətin uzun müddət davam etməsi isə vəziyyəti daha da gərginləşdirib.

Ciddi narazılıqlar sosial şəbəkə səhifələrində işıqlandırıb. Kapital Bankın xidmətlərinin qənaətbəxş olmadığı, hər həftənin sonu bu cür durumun yarandığı qeyd olunub.

Kapital Bankın 196 çağrı mərkəzi, eləcə də Mərkəzi Bankın çağrı mərkəzi ilə əlaqə saxlamağın mümkün olmaması vətəndaşları daha da çıxılmaz duruma salıb.

Durumun səbəbini araşdırdıq.

Problemin uzun müddət davam etdiyi sosial şəbəkə səhifələrindən bəlli olsa da, Bankın mətbuat xidmətinin rəhbəri Pərviz Sədrəddinov Bizim.Media-ya açıqlamasında onu “qısamüddətli” adlandırdı:

“Yenilənmələr gedirdi, ona görə də qısamüddətli problem yaranmışdı. Sistemlə bağlı bankdaxili profilaktik işlər görülürdü. Amma prblem elə həmin gün də aradan qaldırılıb, kartlar hamısı artıq işlək vəziyyətdədir. Ödənişlərlə bağlı məhdudiyyətlər yoxdur. Bu barədə həm müştərilərə şəxsən, həm də sosial mediya vasitəsilə məlumat göndərilib”.


Paylaş:


Müəllif : Tarix:
23-08-2021, 13:10
Sikayət   


loading...
Загрузка...