reklam
Regionxeberlericom.az » Sosial » Lerik rayonunun12 qazisi və 1 şəhidi olan kəndinə qaz çəkilmir - RAYON RƏHBƏRLİYİ KƏNDDƏ HEÇ KİMİN YAŞAMADIĞINI DEYİR

reklam

Lerik rayonunun12 qazisi və 1 şəhidi olan kəndinə qaz çəkilmir - RAYON RƏHBƏRLİYİ KƏNDDƏ HEÇ KİMİN YAŞAMADIĞINI DEYİR

Lerik rayonu "Kornədi" kəndinin sakinləri redaksiyamıza müraciət ünvanlayıb. İllərdir ki, qaz xəttinin olmamasından əziyyət çəkən kənd sakinləri dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də əhəmiyyət verilməyib. Qonşu kəndlərə qazın çəkilişi təmin edilsə də, nədənsə Lerik rayonun rəhbərliyi sözügedən kənddə heç kimin yaşamadığını bəhanə edərək, kəndə illərdir ki, qaz xəttinin çəkilişini həyata keçirtmək istəmir. Əgər, kənddə heç kim yaşamırsa, necə olur ki, 44 günlük Vətən müharibəsi dövründə sözügedən kənddən 12 hərbçi iştirak edir, biri isə şəhid olur...Lerik rayonunun "Kornədi" kəndinin sakinləri Azərbaycan Respublikasının birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb:
"Hörmətli Mehriban xanım, biz "Kornədi" kənd sakinləri, sizdən xahiş edirik ki, bizim problemlərimizə nəzarət edəsiniz.
Bizim kəndimizdə təbii qaz yoxdur. Xahiş edirik ki, qazın çəkilməsində kömək edəsiniz. Kəndimiz 2019-cu ilin ikinci rübündə "Azəriqaz"da planda olub. Lerik rayonunun deputatı İqbal Məmmədov və Lerik rayonunun keçmiş icra başçısı Rövşən Bağırov və bir sıra xırda məmurlar kəndə qazın çəkilişini dayandırır və deyirlər ki, "kənddə yaşayış azdır".
Kənd camaatı odun tədarükü edə bilmir, məcbur qalıb şəhərə gəlir, qış aylarında kirayə ev tutur, bir-iki ay qalıb yenidən kəndə qayıdırlar. Kəndə ana xətt də çəkilib, kəndin daxilinə 500 metr qalıb.
Hörmətli Mehriban xanım, əgər məmurların dediyi kimi kənddə yaşayış azdırsa, bəs o zaman Möhtərəm Prezidentin əmriylə 44 günlük ikinci Vətən müharibəsi dövründə bu kənddən 12 hərbçimiz necə iştirak edib?...Eyni zamanda, Vətən müharibəsində kəndimizdən bir nəfərdə şəhid olub.
Hörmətli Mehriban xanım, bu məmurlar icra orqanları olaraq bizim heç bir sözümüzü dinləmir və heç bir müraciətimizi icra etmir. Siz onlardan soruşun: bu kənddə yaşayış azdır ya çoxdur. Hörmətli Mehriban xanım Vətənin böyüyü-kiçiyi olmaz. Biz, bütün kənd əhalisi hər zaman sizin və cənab Prezidentin yanındayıq. Sizdən artıq dərəcədə xahiş edirik ki, bizə kömək edəsiniz.
Biz "Azəriqaz"ın Lerik üzrə nümayəndəliyinə də müraciət etmişik. Onlara dedik ki, Mehriban xanımın yanına gedirik. Onlar qoymadı və özləri həll edəcəklərini dedilər. Amma, dedikləri sözdən iki il keçib, heç bir kömək yoxdur. Tək ümidimiz sizədir. Xahiş edirik ki, siz və cənab Prezident tez bir zamanda bizə kömək edəsiniz".(hürriyyət.az)


Paylaş:


Müəllif : Tarix:
24-08-2021, 13:45
Sikayət   


loading...
Загрузка...