“Ölmüş şəxs” kimi qeydiyyata alınan qadının pensiyası kəsilib - GİLEY
Bərdə rayon sakini 1958-ci il təvəllüdlü Rəfiqə İsa qızı Həsənovanın iki aydır ki, pensiyası kəsilib.
Bu barədə “Qafqazinfo”ya müraciət edən R. Həsənova bildirib ki, buna səbəb onun Dövlət Reyestr Xidmətinin mərkəzi elektron bazasında ölü kimi qeydiyyata alınmasıdır: “Səhhətimdə yaranmış xəstəliyə görə uzun illərdir ki, pensiya alıram. İki ay əvvəl aldığım 260 manat təqaüd Dövlət Sosial Müdafiə Fondu tərəfindən dayandırılıb. Səbəb kimi deyildi ki, ölü kimi qeydiyyata alınmışam. Daha sonra məlum olub ki, ölən şəxs eyni ad, soyad və ata adı olmaqla Bakı şəhər Nərimanov rayon sakinidir. İndi Ədliyyə Nazirliyi tərəfindən ölü kimi siyahıdan çıxarılmalıyam ki, Fond tərəfindən pensiyam bərpa olunsun”.
Sözügedən məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri Rəşad Mehdili Xəzər TV-yə açıqlama verib. R. Mehdili təsdiqləyib ki, Ədliyyə Nazirliyi tərəfindən Dövlət Reyestr Xidmətinin mərkəzi elektron bazasında vətəndaş Rəfiqə Həsənova vəfat etmiş şəxs kimi daxil edilib: “Bu səbəbdən də onun əmək pensiyası DSMF tərəfindən dayandırılıb. Vətəndaş ərizə ilə Ədliyyə Nazirliyinə müraciət etməlidir. Ədliyyə Nazirliyinin müvafiq qurumu tərəfindən vətəndaşın adı elektron bazadan ölü şəxs kimi çıxarıldıqdan sonra onun pensiyası təmin ediləcək”.
“Qafqazinfo” R.Həsənovanın problemi haqda bir həftə əvvəl Ədliyyə Nazirliyinə sorğu göndərib. Ancaq bu günə kimi müraciətimizə cavab verilməyib.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-08-2021, 16:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-08-2021, 16:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti