"İdeal" mağazalarının keçmiş sahibinin işi - Hakim vəsatətləri təmin etdi
“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov növbəti dəfə hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilib.
Sonuncu məhkəmə iclasında “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, həbsdə olan iş adamı İlqar İsmayılov deyib ki, bu şirkət əlindən tam alınmadığı dövrdə şirkətin indiki sahibi, o zamankı şəriki ilə gəliri bölüblər. Gəlirlərin çatdırılması məsələsində Fuad Əliyev aralarında vasitəçilik edib.
Prosesdə çıxış edən İlqar İsmayılovun vəkilləri buna görə də Fuad Əliyevin məhkəmədə dindirilməsini istəyiblər.
Ötən məhkəmə iclasında İlqar İsmayılovun vəkilləri məhkəməyə iş adamı ilə "İdeal"ın yeni rəhbərliyi arasında elektron poçt yazışmalarını təqdim etmişdi. Həmin yazışmalarda gəlirlər və başqa məsələlərdən söhbət gedirdi.
Məsələ bu gün müzakirə ediləndə prokuror da, “Adore Company”ni (keçmiş "İdeal") təmsil edən vəkil Samir İsayev də buna etiraz edib.
Prokuror bildirib ki, həmin yazışmaların İlqar İsmayılova verilən ittihama aidiyyəti yoxdur. Samir İsayev isə bu yazışmaların mötəbərliyinin şübhə altında olduğunu deyib.
Amma hakimlər yazışmaları qəbul edib, sənədlərin tədqiqi mərhələsində və hökm çıxararkən onlara qiymət verməyi qərara alıblar. Fuad Əliyevin məhkəmədə dindirilməsi barədə vəsatət isə baxılmamış saxlanılıb.
Cinayət işinin materiallarında iddia olunur ki, İlqar İsmayılov “İdeal”ın xəzinəsindən götürüb mənimsədiyi 680 min manatın 280 minini 248 kvadrat metrlik 5 otaqlı mənzilin alınmasına xərcləyib. Sözügedən mənzilin əvvəlki mülkiyyətçisi Leyla Novruzova və həyat yoldaşı Yaşar Novruzov məhkəmədə dindirilib.
Leyla Novruzova məhkəmədə bildirib ki, həmin mənzili görməyib, sadəcə, onun adına olub. Alqı-satqı zamanı da alan şəxsin kimliyini bilməyib. Sadəcə, şəxsiyyət vəsiqəsini götürüb, ona müəyyən sənədlərə imza atdırıblar. Başqa heç nədən xəbəri yoxdur.
Leyla Novruzovanın istintaqa ifadəsində göstərilib ki, mənzili İlqar İsmayılova satıblar, həmin vaxt o, “İdeal” mağazalarının sahibi olduğunu deyib. Şahid məhkəmədə bildirib ki, istintaqda belə ifadə verməyib. Çünki heç nədən xəbəri yox idi, bütün məsələləri həyat yoldaşı həll eləyirdi: “Prokurorluqda da yoldaşımla birlikdə ifadə vermişik. Ola bilər, yoldaşımın dediklərini mənim də adıma yazıblar”.
İlqar ismayılov Leyla Novruzovadan evin faktiki sahibi Kənan adlı şəxsi tanıyıb-tanımadığını soruşub. Leyla Novruzova Kənanın tanıdığını və qohum olduqlarını təsdiqləyib. Evin faktiki sahibinin Kənan olub-olmaması sualına konkret cavab vermədən qeyri-müəyyən cavablar verib:
“”Qohumlar toplaşıb, bizə kömək üçün beşotaqlı evi almışdılar. Sonradan borc vardı deyə, mənzili satmaq qərarına gəldik”.
İlqar İsmayılov isə deyir ki, o mənzili Novruzovlardan yox, Kənan adlı şəxsdən alıb.
Qiymət də 280 min yox, 1 milyon manat civarında olub, Novruzovlaı da heç vaxt görməyib: “O yerdə 248 kvadrat metrlik təmirli mənzil o qiymətə ola bilməzdi axı. İstintaq ittihamı əsaslandırmaq üçün yalan yazıb”.
İş adamının vəkilləri sözügedən mənzillə bağlı qiymətləndirmə şirkətinin rəyini də məhkəməyə təqdim edib. Orada mənzil 1 milyon manat qiymətləndirilib.
“Biz digər təsisçi ilə 5 il 3 ay birlikdə çalışmışıq, çörək kəsmişik. Mənim barışıq qapım həmişə açıqdır. Bəzi məsələlər var ki, mən məhz kəsdiyimiz çörəyə görə açıqlamaq istəmirəm. Mən 18 illik şirkətimdən heç vaxt heç nə mənimsəməmişəm. Mənim atam da fəhlə olub, bizə halal çörək yedirib. Mənim əlimdən alınan əmtəə nişanını və 25 faiz təsisçilik payıma görə halallığımı istəyirəm...”, - deyən İlqar İsmayılov qarşı tərəfə razılaşma təklif edib.
Zərərçəkmişin vəkili Samir İsayev bu mesajı təmsil etdiyi tərəfə çatdıracağını bildirib.
İlqar İsmayılov 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, 680 min manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir.
İş adamı bildirib ki, “İdeal”dakı payını və əmtəə nişanını vermək istəmədiyinə görə ilk dəfə 2017-ci ildə şərlənib həbs olunub, o zaman 3 ay 10 gün həbsdə saxlanıb. Şirkətdəki payından və əmttə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalayandan sonra həbsdən buraxılıb. 3 il dözsə də, sonra hüququnu tələb etməyə başlayıb. Ardınca yenidən həbs olunacağı barədə xəbərdarlıq edilib.
Məhkəmə araşdırması davam edir. Xatırladaq ki, İlqar İsmayılov 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, 680 min manatlıq mənimsəmədə təqsirləndirilir.
Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-08-2021, 16:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-08-2021, 16:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39