“İşbazlar 3-5 manatlıq paltarları gətirirlər, bizim adımızdan satırlar” - BTE-nin şöbə müdiri
Artıq yeni dərs ilinin başlanmasına az vaxt qalıb. Son günlərin artan yoluxma sayına görə əksəriyyət məktəblərin açılmayacağını, dərslərin onlayn keçiriləcəyini düşünürdü. Amma bir neçə gün öncə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində dərslərin əyani şəkildə olacağı açıqlandı. Yəni sentyabrın 15-dən başlayaraq dərslər ənənəvi qaydada davam etdiriləcək. Düzdür, dərslərin açılması xəbərinə sevinənlər çox oldu, amma məktəbli geyimləri ilə bağlı narahatlıq keçirənlər də az deyil...
Ötən il pandemiya ilə əlaqədar olaraq həm iri ticarət mərkəzlərinin, həm də hər il güzəştli qiymətlərlə topdan və pərakəndə satışı həyata keçirən məktəb yarmarkalarının fəaliyyəti dayandırılmışdı. Bu il iri ticarət mərkəzləri açıq olsa da, insanlar qiymətlərin daha ucuz olduğu məktəb yarmarkalarına daha çox üstünlük verdiklərini deyirlər. Bakı Şəhəri İcra Hakimiyyətindən isə “Yeni Müsavat”a bildirildi ki, hələ ki məktəb yarmarkalarının açılacağı ilə bağlı məlumat yoxdur. Bəs görəsən, paytaxt mağazalarında vəziyyət necədir, insanların büdcəsinə uyğun məktəbli forması tapmaq olurmu?
“Yeni Müsavat” məktəbli geyimlərinin qiymətlərini öyrənməyə çalışıb.
Pandemiyadan əvvəl dərs öncəsi bütün ticarət obyektləri, mağaza və dükanlarda məktəbli üçün gərəkli olan nə varsa, satıldığını görürdük. Ölkədə bir canlanma, sanki bayram əhval-ruhiyyəsi hökm sürürdü. Amma bu il də ötənilki kimi məktəb ləvazimatları və məktəbli geyimləri olan mağazaları tapmaqda çətinlik çəkdik. Yolda soraqladığımız insanlar isə “8-ci kilometr bazarı”nı məsləhət gördülər, burada həm də qiymətlərin aşağı olduğunu bildirdilər. “8-ci kilometr bazarı”na yollandıq, burada da tək-tək bir neçə dükanda məktəbli geyimlərini görə bildik. Satıcılardan biri bizimlə söhbətdə bildirdi ki, məktəblərin açılacağı ilə bağlı Operativ Qərargahın açıqlamasını gözləyiblər: “Bilinmirdi ki, məktəblər açılacaq, ya yox. Brifinqdən sonra açıqladılar ki, dərslər olacaq. Ona görə də 2-3 gündür ki, dükanlarda məktəbli geyimlərini satışa çıxarmışıq. Onu da az sayda gətirmişik, yenə də arxayın deyilik. Qərar dəyişə də bilər”.
Yaxınlaşıb, digər dükanlarda da qiymətlərlə maraqlandıq. Aydın adlı satıcı malların əksəriyyətinin Türkiyədən gətirildiyini dedi: “Bizdə məktəblilər üçün ətəklər də, şalvarlar da, köynəklər də hamısı 15 manatadır. Həm qiymət uyğundur, həm də keyfiyyətlidir”.
Bazarda çantaların qiyməti ilə də maraqlandıq, bildirildi ki, çantalar 17- 25 manat arası dəyişir: “Bizdən çox alış-veriş edənə isə endirimlər edirik”.
Bazarda fəaliyyət göstərən digər mağazaya da daxil olduq. Məktəbli geyimlərinin həm qiyməti, həm də keyfiyyəti barədə soruşduq. Satıcı bildirdi ki, satılan məktəbli formaları Bakı Tikiş Evinin mallarıdır: “Dama-dama ətəklər, şalvarların qiyməti 15 manatadır. Hətta qızlar üçün məktəbli sarafanları da 15 manatadır”.
Mağazadan çıxıb, məktəbli geyimləri ilə bağlı vəziyyəti öyrənmək üçün metronun “Qara Qarayev” stansiyası yaxınlığında yerləşən uşaq paltarı mağazasına da daxil oluruq. Burada isə qiymətlər keyfiyyətə görə dəyişir. Məktəbli qız anaları köynəkləri keyfiyyətsiz parçadan tikilən 15-20 manatlıqlarla daha zövqlü və yaxşı materialdan olan 30-40 manatlıqlar arasında seçim etmək məcburiyyətindədirlər. Ətəklərin qiymətinə gəldikdə isə burada da 16 manatdan 40 manatadək dəyişir. Eyni zamanda qızlar üçün jiletlərin qiyməti 10-14 manata, məktəbli (sarafan) forması isə 49 manatadır.
Oğlanlar üçün köynəklər də keyfiyyətindən asılı olaraq 24 manatdan 33 manatadək dəyişir. Şalvarı 19 -25manata, jileti 18 manata, pencəyi isə 62 manata almaq olar. Oğlanlar üçün jaketlərin qiyməti 25-30 manat təşkil edir.
“Hələ ki alıcı azdır, sentyabrda yəqin ki, çoxalacaq”, - deyə mağazanın satıcısı bildirdi. O əlavə etdi ki, ötən il aldıqları məktəbli formalarını qaytarmalı olublar: “Ötən il məktəblərdə dərslər olmadı deyə ziyana düşdük. Bu il ümid edirik ki, alıcı sayı çox olacaq”.
Mağazada bir neçə valideynlə söhbət zamanı onu da öyrəndik ki, vahid məktəbli geyimi ilə bağlı qərarsızdırlar, hər kəs öz istəyinə uyğun məktəbli geyimi axtarır. Valideyn Gülnar Əliyeva, “Bilmirəm ki, uşaq dərsə gedəndə məktəbdən nə istəyəcəklər. Ona görə hələlik heç nə almıram. Görək dərs açılanda məktəbdən hansı geyimi tələb edəcəklər”, - deyib yalnız ağ köynək almaqla kifayətlənir.
Qeyd edək ki, şagirdlər artıq bir neçə ildir ki, ümumtəhsil məktəblərinə vahid məktəbli geyimlərində gedirlər. Bu geyimlərin tikilməsi ilə isə Bakı Tikiş Evi (BTE) məşğul olur. BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov “Yeni Müsavat”a bildirib ki, bu il yeni məktəbli formaları ilə bağlı qərar yoxdur: “Nazirlər Kabineti tərəfindən təsdiq olunmadığı üçün yeni məktəbli formalarından danışa bilmərik. Hələ ki ötənilki geyimlər olacaq. Ehtiyac olduğu təqdirdə məktəbli formalarının tikilişi davam edir. Biz yeni dərs ilinə hazırıq. Bütün formaların tikilməsi üçün istifadə edilən pambıq parçalar Türkiyədən gətirilir. Lazım olan qədər parça da almışıq. Ehtiyatda varımızdı. Insanlar almağa başlayıblar. Formalara tələbat tədris ilinin hansı formada bərpa edilməsindən asılıdır. Yoluxma sayında artım olmayacağı təqdirdə dərslər əyani formada davam edəcək. Biz ”Bravo" supermarketlər şəbəkəsinin 20 Yanvar, Koroğlu və Həzi Aslanova yaxın yerləşən 3 böyük marketinə 1200 dəst vermişik".
E.Əzimov qeyd edib ki, məktəbli formalarının qiymətində hər hansı dəyişiklik yoxdur: “Bir neçə ildir ki, eyni qiymətlərlə satışa çıxarırıq. I-VI siniflər üçün nəzərdə tutulan 26-44 ölçülü məktəbli formalarının qiyməti 40 manat, yuxarı ölçülər isə 46 manat təşkil edir. Bakı Tikiş Evində məktəbli köynəkləri də tikilir. 26-54 ölçülü bütün köynəklərin qiyməti 8 manatdır. 42 ölçüyə qədər olan şalvarlar 15 manat. Həmçinin dama-dama ətəklər 15 manat, ancaq yuxarı siniflər üçün sarafan ətək modelləri isə 18 manatdır. Məktəblilər üçün nəzərdə tutulan jiletlər də ölçüsündən asılı olmayaraq 8 manata satılır”.
Şöbə müdiri “8-ci kilometr bazarı”nda satılan məktəbli geyimlərinin BTE-yə aid olmadığını da bildirdi: “Biz ancaq öz mağazalarımızdan və dəstləri verdiyimiz mağazalardan alınmış mallara zəmanət veririk. Formalar üçün uyğunluq sertifikatımız var. Geyimlərin keyfiyyətinə ən azı bir il zəmanət veririk. Valideynlər istəyirlər ki, aldıqları mal keyfiyyətli olsun, mütləq bizim dediyimiz ünvanlardan alsınlar. Çünki işbazlar çoxdur, 3-5 manatlıq paltarları gətirirlər, bizim adımızdan satırlar. Neçə ildir ki, həmin işbazlarla mübarizə aparırıq, heyf ki, öhdəsindən gəlmək çox çətindir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-08-2021, 09:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-08-2021, 09:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Bu gün, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Bu gün, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Bu gün, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
Dünən, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
Dünən, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
Dünən, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
Dünən, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24
Abşeronun başçısı QƏZA yaratdı, dövlət qurumları TƏCİLİ Xırdalana ÇAĞIRILDI – Fotolar
19-12-2024, 14:22
4 saylı idarə rəisi niyə dövlət qulluqçusu deyil? - Asif Məcidovun diplomu da prolemlidir
19-12-2024, 11:19