Əhalinin 70 faizi peyvənd olunduqdan sonra karantin ləğv ediləcək? - AÇIQLAMA
“Əhalinin 70 faizinin peyvənd olunması karantin qaydalarının ləğv edilməsinə əsas verir. Bu doğru yanaşmadır”.
Bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri Aydın Əliyev Bizim.Media-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, amma bu məsələdə bir nüans var:
“Yeni yoluxucu mutasiya yaranmasa, karantini ləğv etmək olar. Belə bir “sürpriz” baş verməsə, təqribən 70 faizi peyvəndlənəndən sonra heç bir karantinə ehtiyac qalmır. Elmi məntiqə əsasən isə yeni mutasiya yaranmamalıdır. Bu halda yoluxma baş versə də, ağırlaşma və ölüm halları minimuma düşür. Necə ki, digər xəstəliklərdən də ölüm halları baş verə bilir. Düşünürəm ki, biz peyvənd olunanların sayını artıraraq, pandemiyanın öhdəsindən gələ bilərik”.
Xatırladaq ki, Avstraliyada məhdudiyyətlərin ləğv olunması tələbi ilə kütləvi aksiyalar keçirilir. Dövlət rəsmiləri isə vaksinasiya sayı 70 faizə çatmayanadək karantinin ləğv edilməyəcəyini açıqlayıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-08-2021, 11:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-08-2021, 11:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti