“Qaçqınkom”un gizlin keçirdiyi açıq tenderlər nələrdən xəbər verir? - İLGİNC FAKTLAR
Qaçqınların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsələlərinə komitəyə tabeli iki qurum birbaşa cavabdehlik daşıyır. Birincisi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə olan Müəssisələr Müdiriyyəti, ikincisi isə Mənzil İstismar Departamentidir. Rövşən Rzayev sözügedən Komitəyə sədr təyin edildikdən sonra ilk olaraq məhz bu idarələrdə kadr dəyişikliyi etdi və öz adamlarını yerləşdirdi. Onlardan birincisinə Rafiq İbrahimov rəhbərlik edir ki, məlumatlara görə Komitə sədrinin ən yaxınlarından hesab olunur və tikinti, təmir işlərində bütün gizli əməliyyatları onunla rahatlıqla həll edir. İkincisinə, Mənzil İstismar Departamentinə isə yenə də sədrin yaxınlarından hesab olunan Səbuhi Əhmədov rəislik edir ki, hazırki fəaliyyətindən məcburu köçkunlərin ən çox şikayət etdiyi şəxsdir.
Aktualinfo.org daha əvvəllər ikinci qurumun fəaliyyətində yol verilən nöqsan və qanunsuzluqlarla bağlı ictimaiyyətə geniş məlumatlar vermişdi. Bu Departament məcburi köçkün qəsəbələrində daha çox smeta xərclərini şişirdərək fərdi yaşayış evlərinin təmirinə ayrılan vəsaitləri təyinatından kənarlaşdırmaqla məşğuldur. Bu baxımdan Komitə sədrinin ən yaxını Rafiq İbrahimovun direktoru olduğu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə olan Müəssisələr Müdiriyyəti də heç də geri qalmır.
Qurumun Məcburi köçkünlərin məskunlaşdığı binalarda təmir işlərinin satın alınması üzrə keçirmiş olduğu tenderlərə nəzər saldıqda bunları görməmək mümkün deyil. Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə olan Müəssisələr Müdiriyyəti tərəfindən cari ilin dörd ayı ərzundə, 01.04.2021-ci ildən 06.08.2021-ci ilə qədər 8 tender proseduru keçirilib.
Elektortexniki avadanlıqların satınalınması üzrə keçirilmiş tenderdə “ENERJI CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmiş və 06.08.2021-ci il tarixdə 2 104 766 manat məbləğində satınalma müqaviləsi bağlanılmışdır.
Məcburi köçkünlərin məskunlaşdığı binalarda təmir işlərinin satın alınması üzrə keçirilmiş tenderdə “SİMMETRİYA” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmiş və 06.08.2021-ci il tarixdə 298 968.59 manat məbləğində satınalma müqaviləsi bağlanılmışdır.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SİMMETRİYA ” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsində 18.11.2002-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 6.00 manat olan MMC-nin hüquqi ünvanı ŞƏMKİR RAYONU, DƏLLƏR ŞTQ, qanuni təmsilçisinin isə Ağayev Ağa Xəqani oğlu olduğu qeyd edilib.
Heç bir maddi-texniki bazası olmayan bu MMC Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tabeli qurumlarla, Mənzil İstismar Departamenti ilə ümumi olaraq 550 772 manat, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə 1 298 837.95 manat məbləğində satınalma müqavilələri bağlamışdır. Bu isə o deməkdir ki, MMC-nin birbaşa Komitənin sədri Rövşən Rzayevə bağlılığı var.
Subartezian nasoslarının satınalınması üzrə keçirilmiş tenderdə “KASKAD-HİDRO” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmiş və 05.08.2021-ci il tarixdə 839 994.8 manat məbləğində satınalma müqaviləsi bağlanılmışdır.
Burada maraqlı bir sual yaranır. Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə olan Müəssisələr Müdiriyyəti subartezian nasoslarından harada istifadə edir? Axı subartezian nasosları suvarma və meliorasiya sahəsində işlədilir ki, buna da hər il döblət tərəfindən bu sahəyə cavabdeh olan qurumun hesabına bütün rayonlar üzrə kifayət qədər vəsait ayırır. Belə olan halda “Qaçqınkoma” bir milyon manata yaxın qiyməti olan subartezian nasosları nə üçün lazımdır?
Məcburi köçkünlərin məskunlaşdığı binalarda təmir işlərinin satın alınması üzrə keçirilmiş tenderdə “UĞUR-2015 İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmiş və 05.08.2021-ci il tarixdə 249 929.66 manat məbləğində satınalma müqaviləsi bağlanılmışdır.
Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda məcburi köçkünlərin məskunlaşdığı binalarda təmir işlərinin aparılması üzrə keçirilmiş tenderdə “UĞUR-2015 İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmiş və 05.08.2021-ci il tarixdə 299 282.93 manat məbləğində satınalma müqaviləsi bağlanılmışdır.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “UĞUR-2015 İNŞAAT” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsində 18.02.2016-cı il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı SUMQAYIT ŞƏHƏRİ, MƏH 20, ev 45/28, m. 5, qanuni təmsilçisinin isə Hüseynov Yaşar Abbas oğlu olduğu qeyd edilib.
MMC Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tabeli Mənzil İstismar Departamenti ilə 4 ədəd mənzilərin təmiri işləri üzrə 49 643.4 manat məbləğində müavilə bağlayıb. Dövlət Komitəsinin Tikilməkdə olan Müəssisələr Müdiriyyətinin ümumi olaraq 549 211 manat satınalma müqaviləsi bağladığı MMC-nin barəsində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.
Məcburi köçkünlərin məskunlaşdığı binalarda təmir işlərinin satın alınması üzrə keçirilmiş tenderdə “HƏYAT-2018” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmiş və 05.08.2021-ci il tarixdə 297 368.59 manat məbləğində satınalma müqaviləsi bağlanılmışdır.
Məcburi köçkünlərin məskunlaşdıqları binalarda yanmış mənzillərin təmiri üzrə keçirilmiş tenderdə “HƏYAT-2018” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmiş və 05.08.2021-ci il tarixdə 137 483.71 manat məbləğində satınalma müqaviləsi bağlanılmışdır.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “HƏYAT-2018” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsində 26.01.2018-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 30 manat olan MMC-nin hüquqi ünvanı SABİRABAD RAYONU, SABİRABAD ŞƏHƏRİ, ŞƏHRİYAR, ev 58, qanuni təmsilçisinin isə Gərayev Fazil Bəhram oğlu olduğu qeyd edilib.
Ümumi olaraq 434 851 manat məbləğində satınalma müqaviləsi bağlanılmış MMC-nin də fəaliyyət sferası barədə açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.
Elektrik naqillərinin və kabellərin alınması üzrə müsabiqə yolu ilə keçirilmiş tenderdə “İNTERKABEL” FİRMASI qalib elan edilmiş və 01.04.2021-ci il tarixdə 296 219.65 manat məbləğində satınalma müqaviləsi bağlanılmışdır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə olan Müəssisələr Müdiriyyətinin elanlarından da görsəndiyi kimi qurum açıq tenderləri məcburi köçkünlərin məskunlaşdığı binalarda təmir işlərinin satın alınması üçün keçirir. Lakin burada tenderin adı açıqdır. Qalan hər şey gizlidir. Məlum olduğu kimi məcburi köçkünlər respublikanın bir çox rayon və şəhərlərində məskunlaşıblar. Məskunlaşdıqları binaların əksəriyyəti də hələ sovet dönəmindən tikilmiş yataqxanalardır ki, hazırda qəzalı vəziyyətdədirlər. Bu qəzalı binaların təmiri üçün illərdir vəsait ayrılsa da, elə qəzalı olaraq qalırlar.
Elanlardan da görsəndiyi kimi sözügedən qurum keçirilmiş tenderlərdə məcburi köçkünlərin məskunlaşdıqları binaların təmir olunacaq konkret ünvanı göstərilmir, tenderin şərtlər toplusunda isə evlərdə nə kimi təmir işlərinin görülməsi qeyd olunub. Maraqlıdır qurumun Tender Komissiyası nə üçün tenderlərin əsas şərtlər toplusunda qanunda göstərildiyi kimi hər şey açıq göstərməyib. Məsələn, Abşeron rayonunda, yaxud Bakı və Sumqayıt şəhərlərində, məcburi köçkünlərin məskunlaşdıqları filan ünvanda.
Tenderlərin şərtlər toplusunda “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun məhz bu tələblərinin göstərilməməsi bir çox şübhələrə yol açır. Göründüyi kimi məcburi köçkünlərin məskunlaşdıqları binalara hər il dövlət vəsaiti ayrılır. Həmin qəzalı binalarda yaşayanlar isə evlərinin təmir olunmadığından daim şikayətçidirlər. Bəs onda bu təmir işləri haralarda aparılır? Bu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə uzun illər rəhbərlik etmiş Əli Həsənovun dövründə də belə idi, artıq üç ildəndən çoxdur ki, quruma sədrlik edən Rövşən Rzayevin dövründə də belədir. Yəni hər şey ortadadır. Məskunlaşdıqları qəzalı binaların təmir olunmamasından daim şikayətçi olan qaçqınlar və hər il ünvanları bəlli olmayan binalara ayrılan milyonlarla manat dövlət vəsitləri.
Xatırladaq ki, Hesablama Palatası audit yoxlamalarının nəticələri barədə verdiyi açıqlamalarda bildirmişdi ki, dövlət qurumları tərəfindən satınlamalarda daha çox yol verilən qanun pozuntuları məhz ünvanı dəqiq müəyyən edilməyən yerlərdə təmir işlərinin aparılmasını göstərmələridir. Dövlət Komitəsinin Tikilməkdə olan Müəssisələr Müdiriyyəti tərəfindən keçirilən tenderlərin şərtlər toplusunda olan qeyri-müəyyənlik də bu baxımdan bir çox suallar ortaya çıxarır.
Aktualinfo.org
Paylaş:
Müəllif : Yazar
Tarix:26-08-2021, 11:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-08-2021, 11:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:52
Pekin ilk növbədə Suriyadakı Türküstan İslam Partiyası üzvlərinin tərksilah olunmasını istəyəcək
Dünən, 19:00
Sumqayıt Tibb Mərkəzində BİABIRÇILIQ - 10 gün əvvəl xəbər verməlidir, canı çıxsın, yıxılmasın
Dünən, 10:45
Miqrasiya Xidmətində ŞOK HƏBSLƏR: Həsənovlara da sıra çatdı... - Kərəm Həsənov müdaxilə edirsə...
Dünən, 08:54