reklam
Regionxeberlericom.az » Sosial » Zəngəzur dəhlizi Ermənistan hökumətinin qalmaqallı sənədinə salınıb? - AÇIQLAMA

reklam

Zəngəzur dəhlizi Ermənistan hökumətinin qalmaqallı sənədinə salınıb? - AÇIQLAMA



Ermənistan parlamentində avqustun 26-da yeni hökumətin proqramı təsdiqlənib.

"70 millət vəkili hökumət proqramının leyhinə səs verib, əleyhinə olan və ya bitərəf qalan yoxdur", - parlament sədri Alen Simonyan qeyd edib. Səsvermədə müxalif "Ermənsitan" və "Şərəfim var" fraksiyaları iştirak etməyib. Qeyd edək ki, parlament Nazirlər Kabinetinin proqramını çox gərgin şəraitdə müzakirə edirdi. Konfrans otağında millət vəkilləri arasında üç dəfə dava düşüb və qanunverici orqanın işi dayandırılıb.

Ümumiyyətlə, Ermənistan parlamentində təsdiq olunmuş yeni hökumət proqramı nədən ibarətdir? Sənəd Azərbaycanla bağlı hansısa məqamı özündə əks etdirirmi?

Mövzu ilə bağlı “Cümhuriyət” qəzetinə açıqlamasında politoloq Elşən Manafov bildirib ki, hökumətin parlamentə təqdim etdiyi lahiyədə Azərbaycanla bağlı kommunikasiya məsələləri qeyd olunmayıb:

“Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi fraksiyanın parlamentə təqdim etdiyi hökumət layihəsinin erməni müxalifətini təmsil edən partiyalar tərəfindən dəstəklənməməsi anlaşılandır. Çünki Sarkisyan və Köçəryan dəstəkçilərinin Paşinyanın ölkədə keçirdiyi islahatlara münasibəti kifayət qədər fərqlidir. Eyni zamanda, Rusiya ilə sıx münasibətdə olan bu partiyalar Paşinyan iqtidarını Azərbaycana qarşı aparılan savaşda məğlubiyyətin əsas səbəbkarı kimi göstərir. Hökumətin parlamentə təqdim etdiyi layihə büdcə layihəsidir.

Bu layihə Ermənistanın yaxın perspektivdə sosial-iqtisadi inkişafı ilə bağlı məsələləri əhatə edir. Azərbaycan ictimaiyyətini daha çox düşündürən məsələ ondan ibarətdir ki, Ermənistan parlamentində təsdiq olunmuş sənəddə Azərbaycanla münasibətlərə necə tənzimlənəcək? Yəni bu büdcə Zəngəzur dəhlizinin açılmasından sonra Ermənistanın əldə edə biləcəyi tranzit mənfəətini nəzərdə tuturmu? Əsas məsələ budur, amma hələ ki, Paşinyan iqtidarından bununla bağlı konkret bir mövqe açıqlanmayıb və addım atılmayıb”.

Ekspert bildirib ki, indidən Ermənistan parlamentində təsdiq olunmuş büdcədə Azərbaycanla razılaşmaların nə dərəcədə nəzərdə tutulduğunu demək çətindir:

“Əlbəttə ki, yaxşı olardı ki, Paşinyan razılaşmaların yerinə yetirilməsi istiqamətində üzərinə götürdüyü öhdəlikləri həyata keçirsin. Bu halda bölgədə sülh, sabitlik və əməkdaşlıq təmin olunacaq. Beləliklə, Ermənistan özü də tranzit ölkə olaraq mənfəətlər əldə edə bilər”.



Paylaş:


Müəllif : Tarix:
27-08-2021, 11:55
Sikayət   


loading...
Загрузка...