reklam
Regionxeberlericom.az » Sosial » Qafan yaxınlığındakı Şurnux və Urud kəndlərinin köçürülməsinə başlandı...

reklam

Qafan yaxınlığındakı Şurnux və Urud kəndlərinin köçürülməsinə başlandı...



“Digər ərazilərlə əlaqəsi kəsilmiş kəndlərdə bəzi sakinlər təxliyə edilib, bəziləri qalıb”.

Moderator.az xəbər verir ki, bunu “Sputnik Armeniya” nəşrinə qəsbkar Ermənistanın Zəngəzur torpağımızdakı “Sünik” adlandırılmış əyalətinin qubernator müavini Narek Babayan bildirib.
Qubernator müavininin sözlərinə görə, Azərbaycanla həmsərhəd Şurnux və Urud (erm. “Vorotan”) kəndlərinin bəzi sakinləri təxliyə olunmaqdan imtina ediblər.

“Şurnuxun Gorusa gedən alternativ yolu yoxdur, lakin onu Qafanla birləşdirən bir yol var.
Yolun açılması ilə bağlı danışıqlar yenidən başlanılmalıydı, amma hazırda bilmirəm ki, başlayıblar, ya yox. Bu ərazidə yaşayan insanlar təxliyə edilib, lakin evlərində qalmaq istəyənlər də var"- deyə N. Babayan əlavə edib.

Xatırladaq ki, dünən – 26 avqust səhər saatlarından erməni mediası Gorus-Qafan, ardınca isə Gorus-Urud(“Vorotan”) yolunun da Azərbaycan ordusu tərəfindən bağlanması haqda məlumatlar yaymağa başlayıb. Bəhs edilən yol eyni zamanda İrandan Ermənistana gələn avtomobil yoludur... Rusiya ordusunun da işə qarışmasına rəğmən indiyədək yol açılmayıb...


Paylaş:


Müəllif : Tarix:
27-08-2021, 11:55
Sikayət   


loading...
Загрузка...