reklam
Regionxeberlericom.az » Sosial » “Həkim deyir allergiyan olsa da, iynə vurdurmalısan, ölsən, cavabdeh deyiləm” - NARAZILIQ!

reklam

“Həkim deyir allergiyan olsa da, iynə vurdurmalısan, ölsən, cavabdeh deyiləm” - NARAZILIQ!



Qobuda yaşayan bir izləyicimiz İlqar Xanəliyev zəng vuraraq Qobu xəstəxansından şikayət edir. Deyir mənim çox güclü allergiyam var. Hər hansı bir şeydən anidən boğulmalarım başlayır, çox ağır vəziyyətə düşürəm. Vaksin vurdurmağa da qorxuram. Çünki , allergiyamın qalxıb məni öldürməsindən qorxuram.
Öncə onu deyək ki, immunoqlobulin E allergik reaksiyaların inkişafına səbəb olan antiteldir. Qanda IgE miqdarı normada çox az olur. Allergik reaksiya zamanı yüksəlir.Qanda Ige 100 vahiddən çox olan xəstələrə peyvənd vurulması təhlükəli sayılır. Lakin İlqara xəstəxanda həkim öz diliylə deyib ki, 400 vahid olan xəstəyə vurduq, heç nə olmadı. İlqar xəstə olduğunu desə də, həkim deyir gərək gəlib bir həftə yatasan ki, sənəd verək.Ya da əlində olan sənədlərini göstər. İlqar xaricdə təhsil alıb gəlib və gələrkən də özüylə allergik olduğuna dair heç bir sənəd gətirməyib. İndi yenidən sənəd ala bilmək üçün onun xəstəxanda 1 həftə qalmağa nə maddi imkanı var, nə də vaxtı.

“Di gəl tibb bacısı da, həkim də elə qışqırdılar, sanki vəhşiyik, bu şəkildə qorxudanda məsələ bitir.

Hamı da bir- birinə bağırır. Mən allergiya xəstəsi olmasam vaksin etdirmək istərdim. Amma həyatım üçün qorxuram. İstənilən maddəyə allergik reaksiya verdiyim məqamlar çox olub və orqanizmim ağır reaksiya göstərib. Millət doluşub xəstəxanalara. Kim nə gəldi yoxladır. Lazımdır ya deyil.Bir nəfər həkim çıxıb məsləhət vermir.- Bu olar olmaz. Deyəsən bəziləri qəşəng qazanc yeri tapıb. Korona onlar üçün lotoreyadır, qızıl yumurtalayan toyuqdur. Allah kömək olsun sadə vətəndaşlara. Əməlli başlı dərəbəylikdir. Əlilliyi olan şəxslərin müavinətlərində problemlər yaranıb deyə, axisiblar poliklinikalara, xəstəxanalara”. Bu günlərdə xəstəxanda olmaq cəhənnəmə gedib gəlmək kimi bir şeydir”,- deyə İlqar bildirir.

Qobu xəstəxanasından bizə cavab olaraq bildirildi ki,”Ağır dərəcəli, nəzarət olunmayan bronxial astma “COVID-19” ilə xəstələnmiş şəxslərdə daha ağır nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən, allergiyası olan pasiyentlərdə koronavirus infeksiyasının ən yaxşı profilaktikası elə allergiyanın özünün müalicə edilməsidir. Xəstələr allergiya əleyhinə bazis terapiyanı almalıdırlar, bu da xəstəliyi nəzarətə almağa və ağırlaşmalardan qaçmağa imkan verər allergiyadan əziyyət çəkən xəstələr “COVID-19”un inkişaf etməsinə görə risk qrupuna daxil deyillər. Allergik xəstəliklər peyvəndlənmə, o cümlədən də “COVID-19” əleyhinə peyvəndləmə üçün əks göstəriş deyil. İstənilən peyvəndləmə üçün əsas əks göstəriş xəstəliyin kəskinləşməsi və nəzarətə alınmayan gedişinin olmasıdır”.

“Bəs adamın halı pisləşərsə, necə olacaq?” sualımızın cavabını da dərhal verdilər. “İndiyədək vaksindən ölən olmayıb. Milyonda bir vaksin nəticəsində hansısa hadisə olur, bu da tibbi cəhətdən normaldır”.

Yadıma "Yaşıl eynəkli adam” tamaşasındakı bir səhnə düşdü. Polis rəisi içində nə olduğu bilinməyən qutunu serjanta verib əmr edir ki, həyətdə açsın. Serjant soruşur?

- Rəis, birdən partlayıcı oldu, mən öldüm, onda nə olacaq?

- Onda ailən yaxşı pensiya alacaq.

Sizcə də bənzər vəziyyət deyilmi?

Bizimyol.info


Paylaş:


Müəllif : Tarix:
27-08-2021, 16:52
Sikayət   


loading...
Загрузка...