reklam
Regionxeberlericom.az » Sosial » "Ölkədə istehlakçı siyasəti yoxdur" - Ekspertdən İTTİHAM

reklam

"Ölkədə istehlakçı siyasəti yoxdur" - Ekspertdən İTTİHAM



“Azərbaycanda bir daha qalxan qiymət, bir daha enmir və bunun da səbəbləri var. Qiymətlərin tədricən qalxmasının bir neçə səbəbi var. O səbəblərdən biri ölkədə istehlakçı siyasətinin yox dərəcəsində olmasıdır”

Bunu Moderator.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Ekspert market sahiblərinin qiymətləri süni şəkildə qaldırdığını və vergidən yayındığını bildirib:

“Ölkədə istehlakçı siyasəti yoxdur, yalnız biznes inkişafı siyasəti mövcuddur və sürətlə də irəliləyir. Təsadüfi deyil ki, iki il öncə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Komitəsinin adı dəyişdirildi və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti adlandırıldı. Bizdə istehlakçı hüquqları pis vəziyyətdədir. 1995-ci ildən istehlakçıların hüquqları haqqında qanun qəbul edildi və yeddi dəfə dəyişiklik aparılaraq hamısında istehlakçının zərərinə qərar verilib. İstehlakçı siyasətinin yox olması və onu icra edən dövlət qurumlarının fəaliyyətsizliyi buna səbəb olan amillərdir. Ölkə Prezidenti dəfələrlə bu problemləri qeyd edib, lakin müvafiq dövlət qurumları bununla bağlı heç bir iş aparmır. Qiymətlərin qalxmasına ciddi təsir edən yerlərdən biri marketlər şəbəkəsidir. Marketlər şəbəkəsi taxçalarını qarış-qarış mal təchizatçılarına satır. Məsələn, bir bal istehsalçısı deyir ki, “bir market şəbəkəsinə balımı yerləşdirmək istəyirdim və buna görə məndən 18 min manat pul tələb etdilər. Bu isə vergidən gizlədilən gizli puldur. Bütün bunlar hamısı malların qiymətinə əlavə edilir. Azad İstehlakçılar Birliyi iş aparır ki, bu pullardan təchizatçıların canı qurtarsın və qiymətlər aşağı düşsün. Bu pullar gizli, vergiyə oturdulmayan pullardır”.

Qeyd edək ki, aparıcı Turan İbrahimov da sosial şəbəkədəki hesabında marketlərdə qiymətlərin günbəgün artdığını bildirib.



Paylaş:


Müəllif : Tarix:
27-08-2021, 16:52
Sikayət   


loading...
Загрузка...