Videosu ilə məşhurlaşan, işdən çıxarılan məktəb direktorunun məhkəmə işi - 12 nəfər aldadılıb
Sosial şəbəkələrdə paylaşdığı video ilə gündəm olan xanım məktəb direktoru bu dəfə dələduzluğa görə hakim qarşısına çıxarılır.
Musavat.com xəbər verir ki, söhbət Binəqədi rayonunda yerləşən 23 saylı Kəlbəcər rayon məktəbinin direktoru olmuş Şükürova Həqiqət Əvəz qızından gedir.
H.Şükürova şəxsi avtomobilində musiqi sədaları altında çəkdiyi və sosial şəbəkələrdə paylaşılan videosu ilə məşhurlaşmışdı. Sonra isə dələduzluqda təqsirli bilinərək məhkəmə qərarı ilə direktor vəzifəsindən azad edilmişdi.
Həqiqət Şükürova ilə birlikdə daha bir nəfər- İbrahimov Emil Ramiz oğlu da cinayət məsuliyyətinə cəlb edilib.
Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsilə ittiham elan edilib.
Onların cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılır.
Məhkəmə prosesində şahid qismində Samir Mütəllimov ifadə verib. Məlum olub ki, S.Mütəllimov bu cinayət işində vasitəçi olub. O, ayrı-ayrı şəxslərdən pul alaraq təqsirləndirilən şəxslərə verib.
Belə ki, Samir Mütəllimov pul aldığı şəxslərə qaçqınlar üçün tikilən binadan adı çəkilən şəxslər vasitəsi ilə mənzil veriləcəyini vəd edib.
S.Mütəllimov bir neçə nəfərdən pul aldığını və Həqiqət Şükürovaya verdiyini deyib.
Amma Həqiqət Şükürova deyib ki, Samirdən pul almayıb. Onun sözlərinə görə Samir özünü hüquq mühafizə orqanlarının əməkdaşı kimi təqdim edib.
Hakimin izahından da məlum olub ki, Samir Mütəllimov uzun müddət hüquq-mühafizə orqanlarında çalışıb.
Məhkəmədə o da məlum olub ki, aldadılan şəxslərə məşhur "Panorama park" yaşayış massivindən ev veriləcəyi vəd edilib. Onlara deyilib ki, 9 min manata 3 otaqlı ev alacaqlar.
Bu cinayət işi üzrə 12 nəfər zərərçəkmiş var və onlardan 8 nəfəri Samir Mütəllimov vasitəsi ilə ev almaq üçün pul verib, aldadılıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslərin hər ikisi barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Onlar hazırda həbsdə deyillər.
Məhkəmə araşdırması davam edir.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-08-2021, 13:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-08-2021, 13:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09