Ramiz Mehdiyev Neft Fondunun maşınlarını həmişəlik mənimsəyib - İLGİNC FAKT
Bir müddət öncə Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın qocalmış prezidenti, akademik Ramiz Mehdiyevin Dövlət Neft Fondunun mülkiyyəti olmaqla müqavilə əsasında AMEA-nın istifadəsinə verilən bir neçə bahalı minik avtomobillərini, eləcə də bir neçə kvadrosikl motosiklləri ailə üzvlərinin xeyrinə mənimsəməsini qeyd etmişdik. "Demokratik.Az" saytı sayqılı oxucularına "BOZ KARDİNAL" Neft fonduna da "kəf" gəldi - AMEA-nın maşınları Mehdiyevlərin biznesinə xidmət edir sərlövhəli yazısında 06 fevral 2020-ci il tarixli Dövlət Neft Fondu (bundan sonra DNF-red) ilə AMEA arasında bağlanmış /DNF/X-02 nömrəli/ müqaviləyə diqqət çəkərək konkret özbaşınalığın ifşasına diqqət ayırmışdı. Söhbət Dövlət Neft Fondu tərəfindən AMEA-nın İşlər İdarəsinin istifadəsinə verilmiş müxtəlif markalı müasir nəqliyyat vasitələrinin təyinat məqsədlərindən yayındırılaraq AMEA prezidentinin nəvəsinin adına təsis edilmiş "Hikmət İnşaat" MMC-nin istismarına verilməsindən, "Honda-Kvadrotsikl" markalı 5 ədəd dördçarxlı motosikllərin Ramiz Mehdiyevin yaxınlarının bağ evlərində və villalarında sürülməsində gedirdi.
Əldə etdiyimiz yeni məlumata görə, Neft Fondunun rəhbərliyi mülkiyyəti sayılan avtomaşınları AMEA prezidentindən geri tələb etsə də, Ramiz Mehdiyevdən ala bilmir. Ramiz Mehdiyev öz nüfuzundan istifadə edərək avtomobilləri qaytarmamaq üçün DNF-ə siyasi təzyiqlər edir.
Xatırladaq ki, əslində Neft Fondu maşınlarını yalnız elmi-tədqiqat işləri, sosial tədbirləri və digər ehtiyacları üçün AMEA-nın ixtiyarına verib. Akademiyanın kollektivinə faydası toxunmayan həmin avtomaşınların yanacağı və servis xidmətləri də AMEA büdcəsi hesabına qarşılanır.
"Hikmət İnşaat" MMC ilə AMEA arasında 28 iyul 2020-ci il tarixdən mövcud olan rəsmi müqavilədən görünür ki, "FORD-Transit-350L" markalı 1 ədəd mikroavtobus, eləcə də "Toyota Land-Cruiser" markalı 2 ədəd minik avtomobilləri və "Honda-Kvadrotsikl" markalı 5 ədəd dördçarxlı motosikllərini 1 ildir ki, AMEA özü deyil, faktiki olaraq sözügedən MMC istifadə edir.
İddialara görə, Mehdiyevlər ailəsi artıq DNF-in avtomobillərini həmişəlik mənimsəyib. Dövlət Neft Fondu isə hələ ki, baş verənlərə biganə və susqundur.
"Demokratik.Az"
Paylaş:
Müəllif : Yazar
Tarix:30-08-2021, 17:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-08-2021, 17:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti