reklam
Regionxeberlericom.az » Sosial » Heydər Əliyevin Qarabağla bağlı ŞAH GEDİŞİ... - İLGİNC TARİXİ FAKT

reklam

Heydər Əliyevin Qarabağla bağlı ŞAH GEDİŞİ... - İLGİNC TARİXİ FAKT



“Oqonyok” jurnalının baş redaktoru Safronov Heydər Əliyevə məktub ünvanlayır. Bu hadisə 1979-cu ildə baş vermişdi. Safronov əslən Qarabağdan olan, atası Bakı fəhləsi olmuş, özü isə Yerevanda yaşayan erməni həkim Georgi Ter-Akopovun 5 səhifəlik məktubunu öz məktubuna əlavə edib Azərbaycan MK-nın birinci katibinə göndərmişdi.

Ter-Akopov məktubda yazmışdı ki, “Heydər Əliyev Dağlıq Qarabağ Muxtar Vilayətinin yalnız azərbaycanlılar yaşayan hissəsini abadlaşdırır, ermənilər yaşayan rayonlar isə ağır vəziyyətdədir”. Akopov niyə birdən-birə məşhur jurnala məktub ünvanlamışdı. Jurnalda 2 yaşlı erməninin “Biz Qarabağdanıq” adlı yazısı İrəvanda narazılıqla qarşılanmışdı. Jurnalın 34-cü nömrəsində Dağlıq Qarabağa həsr edilmiş “Biz Qarabağdanıq” adlı oçerkdə Dağlıq Qarabağın sosial-iqtisadi və mədəni həyatındakı uğurlarından bəhs edilmişdi.

H.Əliyev başa düşür ki, Safronova göndərəcəyi məktuba mütləq erməni vəzifə sahibinin də məktubu əlavə edilməlidir. Necə deyərlər, düşməni öz millətindən olan şəxsin əli ilə vurmaq siyasəti. O, DQMV-nin 1-ci katibi Boris Gevorkovdan iqtisadi göstəriciləri istəyir. Gevorkov ermənilər yaşayan rayonların yüksək iqtisadi göstəricilərlə inkişaf etməsinə dair məktub göndərir. Heydər Əliyev bir erməninin məktubunu öz məktubuna tikərək Safronova göndərir, Ter-Akopovun məktubu dərc edilmir.

Artıq ermənilər 70-ci illərin sonunda yenidən Qarabağın onlara məxsus olması barədə Kremlə məktublar ünvanlayırdılar. Həmin məktubların bir nüsxəsi Heydər Əliyevə göndərilsə də, bəziləri gizlədilərmiş. Lakin sonradan Siyasi Bürodakı dostlar tərəfindən gizlədilmiş məktubları da əldə edərmiş. O, öz növbəsində tarixçilərimizin hazırladığı faktları Sovet rəhbərliyinin qarşısına qoyarmış.

Əlbəttə, yalan və uydurmalara tarixi faktlarla cavab verilirdi. Lakin Heydər Əliyev başqa bir siyasi taktika işlətdi. Molla Pənah Vaqifin qəbrinin abadlaşdırılması, üzərində məqbərənin tikilməsi barədə göstəriş verdi. Siyasi taktikanın unikallığı onda idi ki, Heydər Əliyev əslində üzdə bir Azərbaycan şairinə məqbərə ucaldıldığını əsas gətirmişdi. Dərinlikdə isə Qarabağ xanının vəzirinə məqbərə ucaltdırmışdı. Bu ona işarə idi ki, burada Qarabağ xanlığı olub. Rəhbəri azərbaycanlı, vəziri azərbaycanlı. Və bu məkan ermənilərə məxsus ola bilməz. Diqqətlə fikir verin, Heydər Əliyev Xan qızı Natavanın da qəbrini və sarayını Azərbaycan şairəsi kimi əsas gətirərək təmir etdirmiş, abidəsini qoydurmuşdu. Çünki artıq Qarabağın onlara məxsusluğu barədə ermənilərdən axışan məktubların sayı yüzlərlə ölçülürdü. 1982-ci ilin o qarlı 14 yanvarından sonra məktubların sayı artmağa başladı ki, Heydər Əliyev qəsdən Qarabağ xanının vəzirinə məqbərə ucaltdırıb, Vaqifin adı sovet ideologiyasının süpürüb atdığı xanlığın nümayəndəsi kimi çəkilməməlidir. Belə olan surətdə Heydər Əliyev fikrini belə əsaslandırmışdı ki, Vaqif Rusiyanı sevən şəxs olub. Bununla da ikili məna daşıyan taktikasını alındırmışdı. Hətta o vaxt Mərkəzi Televiziyada Vaqifin məqbərəsinin açılışı yayımlananda Vaqifin şairliyi ilə yanaşı, Qarabağ xanının vəziri olmasını da sözarası sızdırmışdı. Necə deyərlər, ox kamandan atılmışdı.

O, hava proznozu vasitəsilə 1982-ci ilin yanvarın 14-də qar yağacağını bilirdi. Dövlət rəhbərləri ölkənin hansısa bölgəsinə səfər edərkən hava proqnozu mütləq nəzərə alınır. Lakin vulkan da püskürsəydi, məqbərənin açılışını təxirə salmayacaqdı. Çünki Kreml hər an öz qərarını dəyişə bilər, açılışı yarıda saxlayardı. Üzdəki sevincə diqqətlə fikir verin. Bu şadlıq həm də siyasi taktikanın təntənəsi idi.

Azər Qismət //yenisabah.az//



Paylaş:


Müəllif : Tarix:
1-09-2021, 10:27
Sikayət   


loading...
Загрузка...