reklam
Regionxeberlericom.az » Sosial » COVID-19 pasportu olmayanlara QADAĞA - Deputatdan TƏKLİFLƏR

reklam

COVID-19 pasportu olmayanlara QADAĞA - Deputatdan TƏKLİFLƏR



Sentyabrın 1-dən qapalı məkanda fəaliyyət göstərən ictimai iaşə müəssisələrinin, mehmanxanaların və iri ticarət mərkəzlərinin xidmətlərindən yalnız COVID-19 pasportu olanlar istifadə edə biləcək.

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Nazirlər Kabineti yanındakı Operativ Qərargahın məlumatına görə, indiyədək 6 milyon 805 min vətəndaşımız peyvənd olunub:

"Onlardan 2 milyon 692 min nəfəri hər iki dozadan istifadə edib. 4 milyon 113 min vətəndaşımız isə yalnız bir doza peyvənd olunub. Bu o deməkdir ki, hər iki doza üzrə peyvənd olunanlar ümumi peyvəndləmədən keçənlərin hətta 40 faizini də təşkil etmir. Həmin kateqoriya üzrə digər 60 faizdən çox vətəndaşımız isə hələlik cəmi bir dəfə peyvənd oluna biliblər. Bu isə o anlama gəlir ki, əsasən qadağalar elan olunandan sonra vətəndaşlar arasında peyvəndlənməyə meyl artıb.

“Bloomberg” agentliyinin məlumatına görə, dünyada 183 ölkədə 5 milyard 310 milyon doza peyvənd istifadə olunub. Azərbaycanda isə əhalinin 26.5 faizi hər iki dozadan istifadə edib. Vaksinasiya səviyyəsinə görə ölkəmiz MDB-də Qazaxıstandan (28.7 %) sonra ikinci olsa da hələlik mövcud peyvəndləşmə faizi ilə əvvəlki normal həyata qayıtmaq mümkün deyil. Bu baxımdan, peyvəndləmə prosesinin daha sürətləndirilməsi vacibdir".

V.Bayramov qeyd edib ki, yeni məhdudiyyətlərin tətbiqində məqsəd Azərbaycanda peyvəndləmə prosesini sürətləndirməkdən ibarətdir:

"Bununla belə, yeni qaydaların tətbiqi ilə yanaşı, onların icrasına nəzarətin daha gücləndirilməsi və prosesin tam elektronlaşdırılmasına ehtiyac var. Bütün ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində elektron COVID-19 pasportlarını oxuyan xüsusi avadanlıqlar quraşdırılmasına ehtiyac var. Bu prosesə elektron nəzarəti formalaşdırmaqla yanaşı, eyni zamanda növbələrin sayını və kənar müdaxilələri azaldar.

Digər tərəfdən, qaydaların icrasına ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var. Pandemiyanın ilk aylarında vətəndaş cəmiyyəti institutları maarifləndirmə tədbirlərində fəal iştirak etsələr də, sonrakı mərhələlərdə bu istiqamətdə aktivlikləri azaldı. Əksər dövlət qurumlarının yanında ictimai şuraların yaradıldığını nəzərə alsaq, vətəndaş cəmiyyəti institutlarının prosesə aktiv cəlb olunması və monitorinqlər aparması məqsədə uyğun olardı. Bütün bunlar peyvəndləmə prosesinin sürətləndirilməsinə dəstək ola bilər"


Paylaş:


Müəllif : Tarix:
1-09-2021, 10:37
Sikayət   


loading...
Загрузка...