"Atəşgah Sığorta"nın Həyat Sığortası ilə "həyatı qaralanlar" - GİLEY
Bağlanmış “Dəmir Bank”ın 31 nəfər işçisi həmin bankla tərəfdaşlıq edən “Atəşgah Sığorta”nın Həyat Sığortası sosial layihəsnin qurbanına çevrilib.
regionxeberlericom.az bildirir ki, Yenicag.az-a müraciət edən bir qrup zərəçəkənin iddiası bu yöndədir.
Əvvəlcə “Həyat Sıoğrtası” layihəsi haqqında danışaq. Keçmiş “Dəmir Bank” işçilərinin bir çoxu bu layihə çərçivəsində “Atəşgah Sığorta” ilə sığorta müqaviləsi imzlayıb. Müqaviləyə əsasən, bank əməkdaşlarının maaşları birbaşa “Atəşgah Sığorta”ya köçüb, əvəzində isə aylıq daha az məbləğdə olmaqla “Dəmir Bank” öz işçilərinə kredit ayırıb. Təbii ki, bu işçilərin istəyinə görə könüllü olaraq ayrılır. Onlarla sığorta şirkəti arasında 3 illik müqavilələr imzalanıb. Müqaviləyə əsasən, bu müddət ərzində müqavilə imzalayan şəxslər həyatını itirərsə, toplanan müavinət onların müqavilədə göstərdiyi yaxınlarına ödənməlidir.
Müqavilə başa çatana qədər heç bir ölüm-itim olmayacağı tədiqrdə isə, sığorta şirkətində toplanan pullar müştəriyə geri ödənilir. Onlar da müvafiq olaraq banka olan borclarını bağlayır və əgər istəyirlərsə, sığorta şirkəti ilə müqavilənin müddətini uzadırlar. Bura qədər heç bir problem yoxdur. Əsas məsələ isə imzalanan müqavilənin detallarında üzə çıxır.
Məlum olduğu kimi “Dəmir Bank” məhkəmə qərarı ilə iflas elan olunub və bağlanıb. Sığorta şirkəti isə sanki bunu əvvəlcədən hiss edirmiş kimi, müqaviləyə əlavə şəhadətnamə qoyub və burada “Bank iflas edərsə, şirkət pulu ödəməyə bilər” bəndini özbaşına əlavə edib. Zərəçəkənlərin isə ən böyük səhvi bu şəhaədətnaməni oxumadan imzalamaları olub.
Sonra “Dəmir Bank” bağlanır. Bankı ləğv edən Əmanətlərin Sığortalanması Qurumu da haqlı olaraq bankın aktivlərini yığmağa başlayır. Yuxarıda qeyd etdiyimiz kimi, bankın öz işçilərinə verdiyi kredit də onlardan həmin qurum tərəfindən tələb olunmağa başlayıb. Kreditlərin üzərinə faiz gəlməsi isə həmin insanları daha da çətin vəziyyətə salıb.
Zərəçəkənlərdən Ramin Əliyev, Elçin Adiyev, Samir İsmayılov, Orxan Əliyev, Elşən Abbasov, Sənan Allahverdiyev və Tural Həsənovun Yenicag.Az-a verdikləri məlumata görə, onlardan banka olan borclarına görə 30 min manat pul tələb edirlər. Sığorta şirkəti isə şifahi olaraq onlara pulu yalnız həmin vəsaiti bankdan aldıqdan sonra qaytara biləcəyini bildirib. Müqaviləyə əlavə olunan şəhadətnamədə isə “bank iflas edərsə, sığorta şirkəti pulu qaytarmaya bilər” maddəsi hələ də qüvvədədir.
Zərərçəkənlər məsələ ilə bağlı məhkəməyə də müraciət ediblər. Birinci instansiya məhkəmsi onların əleyhinə qərar qəbul edib. Daha sonar appelyasiya məhkəməsində bu işə baxılıb, və buradan çıxan qərar da onların əleyhinə olub. Amma, zərəçəkənlərin sözlərinə görə, appelyasiya onların arqumentlərini yumuşalda və iddianı niyə rədd etdiyi barədə məntiqli cavablar verə bilib. İş hazırda Ali məhkəməyə göndərilib.
Zərərçəkənlərin sözlərin görə, sığorta şirkəti bütün riski onların üzərinə atıb və özü üçün minimum, onlar üçün isə maksimum zərərli müqavilə imzalayıb. Vətəndaşlar kreditlərini vaxtında ödəyə bilməyəcəkləri təqdirdə isə onların əmlakları müsadirə olunma və maaşlarına həbs qoyulması təhlükəsi ilə üz-üzə qalıblar. Zərərçəkənlər 20 min manatla 40 min manat arasında dəyişən bu məbləğləri qaytarmaq iqtidarında olmadıqlarını deyirlər. Sığorta şirkətindən isə onlara məsələni həll etmək və bu vəsaitləri qaytarmaq istədiklərini desələr də, ortada konkret atılan heç bir addım yoxdur.
Apardığımız araşdırmalar nəticəsində məsələ ilə bağlı daha bir faktı üzə çıxardıq. Məlum oldu ki, bu cür müqavilə ilk dəfə “Dəmir Bank” işçilərinə tətbiq olunsa da, onlarla məhdudlaşmayıb. Bir çox digər bank işçiləri ilə də bu cür müqavilələrin imzalandığı və sığorta şirkətlərinin qarşı tərəfi yox özünü “sığortaladığı” faktı üzə çıxıb. Sadəcə həmin banklar fəaliyyətini davam etdirir deyə, vətəndaşlar bu “tələ”dən hələ ki sovuşa bilirlər.
Məslənin hüquqi tərəfi atılan imzalar və qanunlarla tənzimlənsə də, işin bir də vicdani tərəfi var. Nəticədə sığorta şirkətinin bu qədər böyük məbləğdən söhbət gedən müqaviləyə əlavə etdiyi və sonradan müştərilərə imzaladılan şəhadətnamə ilə qarşı tərəfi yox, məhz özünü “sığortalaması” isə məsələyə birmənalı yanaşmağa bizə imkan vermir. İstənilən halda hər bir ölkənin rifahı onun vətəndaşlarının rifahı ilə ölçülür.
Qarşı tərəfin də məsələylə bağlı fikirlərini öyrənmək üçün “Atəşgah Sığorta”nın rəsmi saytındakı (012) 940; (070) 688-07-22 nömrələrinə iki-üç saat ərzində dəfələrlə zəng etməyə çalışsaq da, cəhdlərimiz boşa çıxdı.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-06-2019, 17:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-06-2019, 17:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39
Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - “İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur”
22-11-2024, 15:36