“Olympus Park” nazirliyin və rəsmi qurumların qadağasını saymadı - Bakıda tikinti şirkətinin qarşısında gərginlik
Bakıda idmançıların klubunu gecə ilə uçuran tikinti şirkəti indi də yarım qalan tikilini dağıtmaq istəyir.
Musavat.com xəbər verir ki, hazırda “Olympus Park” tikinti şirkətinin Xətai rayonunda "Lider" idman klubunu söküb, yerində bina inşa etməsi ilə bağlı yaranan problemə görə növbəti gərginlik yaşanır.
"Lider" idman klubunun rəhbəri İlham Sərdarovun verdiyi məlumata görə, bu dəqiqələrdə şirkətin çoxsaylı texnikası və əməkdaşları onun tikintisini tamamilə dağıtmaq üçün əraziyə gəlib. İlham Sərdarov deyir ki, söküntünün qarşısını almaq üçün “102”yə məlumat verib.
“Bu qədər özbaşınalıq olmaz. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən rəsmi məktub var, Fövqəladə Hallar Nazirliyindən rəsmi cavab var ki, “Olympus Park” tikinti şirkətinə məxsus qanunsuz tikintinin qarşısı alınıb. Amma günlərdir tikinti davam edir, mənim əmlakımı da tam dağıtmaq istəyirlər. Bu işlə bağlı məhkəmə çəkişmələri gedir. Məhkəmə proseslərinin nəticəsi də bəlli deyil. Amma tikinti şirkətinin rəhbərliyi öz qanunsuz, özbaşına hərəkətlərini davam etdirir”, - deyə, İlham Sərdarov bildirib.
Qeyd edək ki, şirkət idman klubunu sahibinin icazəsi və razılığı olmadan qanunsuz olaraq gecə saat 4 radələrində söküb.
İlham Sərdarov məsələ ilə bağlı bütün rəsmi qurumlara müraciət edib. Lakin bu günə qədər problemin həll yolu tapılmır. Klub rəhbəri dəymiş ziyanı, kompensasiyanı ala bilmir.
Bu azmış kimi, şirkət ondan şikayətçi olub.
Belə ki, şirkət rəsmiləri həm "Musavat TV"yə, həm də digər yerli mediaya müsahibələrində klubun sökülməsinin tikinti qəzası olduğunu demişdilər. Şirkət rəsmiləri İlham Sərdarovla danışıqlar apararaq məsələnin həllinə çalışdıqlarını da söyləmişdilər.
Amma sonradan şirkət Xətai Rayon Məhkəməsinə iddia ilə müraciət edib.
Rəsmi olaraq “RS Construction” MMC olaraq qeyd edilən şirkət (Olympus Park) iddia ərizəsində göstərir ki, idman klubunu İlham Sərdarov özü söküb. Əlavə olaraq şirkət İlham Sərdarovdan 1 milyon manat da təzminat istəyir. Bunu da belə əsaslandırır ki, İlham Rəhimov mətbuata verdiyi açıqlamalarla şirkətin işgüzar nüfuzuna xələl gətirib.
Bundan sonra İlham Rəhimov Xətai Rayon Məhkəməsinə qarşılıqlı iddia təqdim edib. İlham Sərdarov iddia ərizəsində göstərir ki, sökülən qeyri-yaşayış sahəsi mülkiyyət hüquqi ilə ona məxsusdur.
Xatırladaq ki, bir müddət əvvəl də Fövqəladə Hallar Nazirliyi şirkətin tikinti işlərini dayandırmışdı. Qeyd edək ki, adı çəkilən şirkət İlham Sərdarovun razılığı olmadan onun idman klubunu içərisində əşyaları olmaqla gecə yarısı sökmüşdü. İlham Sərdarov bu cinayət hadisəsi ilə bağlı bir ildən çoxdur rəsmi qurumlara və məhkəməyə müraciət edib.
“Olympus Park” tikinti şirkətinin adı daha əvvəl də bu cür problemlərdə hallanıb. Vətəndaşın razılığı olmadan evlər sökülüb, kompensasiya ilə razılaşmayan vətəndaşlarla problemlər yaşanıb.
Şirkət isə vətəndaşların evinin, əmlakının qanunsuz olaraq sökülməsini tikinti qəzası kimi şərh edir.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-09-2021, 11:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-09-2021, 11:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16