reklam
Regionxeberlericom.az » Sosial » Xankəndini bu gün BOMBALAMALIYIQ? - Deputatdan AÇIQLAMA

reklam

Xankəndini bu gün BOMBALAMALIYIQ? - Deputatdan AÇIQLAMA



"Ermənilər separatçı rejimin guya "müstəqilliyini" qeyd etdikləri üçün indiki şəraitdə deyə bilmərik ki, həmin əraziləri bombalamaq, hərbi əməliyyatlara başlamaq lazımdır. Səbrli olmaq lazımdır. Belə məsələlər hərbi deyil, fərqli siyasi müstəvidə həll edilə bilər və ediləcək".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

Deputat bildirib ki, bu gün separatçı rejimin öz "müstəqilliyini" qeyd etmesi ilə bağlı, yəqin ki, aiddiyyati qurumlar müvafiq tədbirlər görəcəklər: "Həm Müdafiə Nazirliyi, həm də Xarici İşlər Nazirliyi lazım olan bütün işləri məsuliyyətlə həyata keçirirlər. Səbrli olmaq lazımdır, hər şey yavaş-yavaş öz qaydasına düşəcək. Nəzərə almaq lazımdır ki, 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 günün içində azad olundu. Bunun da öz vaxtı var. Əlbəttə, həmişə vəziyyət belə qalmayacaq. Yox, əgər belə davam edərsə, hərbi əməliyyatlara başlamaq olar. "Dəmir yumruq" həmişə öz yerindədir. Yoxsa indiki şəraitdə deyə bilmərəm ki, onlar guya "müstəqilliklərini" qeyd edirlər deyə, oraları bombalamaq lazımdır. Axı hərbi əməliyyatlar dayandırılıb".


Paylaş:


Müəllif : Tarix:
2-09-2021, 11:43
Sikayət   


loading...
Загрузка...