Ağdamla bağlı planlar NƏ QƏDƏR REALDIR? - Ekspert danışır
"Bunun üçün inzibati-ərazi bölgüsündə dəyişiklik edilməli, idarəetmənin forma və fəlsəfəsi dəyişməli, həm də inhisarçılıq, korrupsiya ilə bağlı illərdir davam edən problemlər qlobal olaraq bütün ölkə ərazisində, həmçinin işğaldan azad olunmuş ərazilərimizdə həllini tapmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında ReAL-ın icra katibi Natiq Cəfərli nəzərdə tutulduğu kimi, Ağdamın Azərbaycanın 4-cü böyük şəhərinə çevrilməsi üçün hansı addımların atılması vacibliyindən danışarkən deyib. Həmsöhbətimiz bildirib ki, işğaldan azad olunmuş bütün torpaqlarda, o cümlədən Ağdamla bağlı əsas məsələ iqtisadi aktivliyin təmin edilməsi məsələsidir:
"Yəni hərtərəfli iqtisadi aktivlik yaradılmalıdır ki, əhali Ağdamda yaşamağa üstünlük versin. İş yerləri istiqamətində geniş fürsətlər yaradılsa, şəhər sözsüz ki, cəlbedici olacaq və böyüyəcək. Bunun üçün resursların və inzibati imkanların birləşdirilməsi vacibdir. İşğaldan azad olunmuş Ağdama bəzi dövlət və hökumət strukturları, bir sıra böyük universitetlər köçürülməlidir. Yaxud da Ağdamda yeni universitetlər açılmalıdır”.
Ekspertin fikrincə, qeyd edilənlərlə yanaşı, iqtisadi sahəyə bağlı xroniki problemləri də həll etməliyik:
"İnhisarçılıq, məmur biznesi öz həllini tapmalıdır. Ağdam və digər təmir olunacaq şəhərlər büdcənin üzərinə yük olmamalıdır. Əksinə, bir müddətdən sonra Ağdam şəhəri özü-özünü dolandırmalı, özü pul qazanmalıdır. Yəni Ağdam bir müddətdən sonra dotasiya ilə yaşayan şəhərlər sırasından çıxarılmalıdır. Bir sözlə, inhisarçılıq, büdcəyə bağlılıq qalmaqda davam etsə, Ağdama köçən əhalinin iş və dolanışıq təminatı nəticə verməsə, qarşıya qoyulan məqsədə çatmaq çətin olacaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-09-2021, 12:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-09-2021, 12:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti