Koronavirusdan ölüm: Evdə daha çoxdur, yoxsa xəstəxanalarda? - İLGİNC
"Koronavirusun ilkin mərhələsində bəzi dərmanların və antibiotiklərin istifadəsi ölümə səbəb ola bilər".
Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib. O, insanların təşviş və qorxu içərisində koronavirusa yaxalandıqları dəqiqədən etibarən ətrafdan tibbi yardım istəyərək tibb bacıları, bəzən həkimlər tərəfindən evlərdə başlayan, klinik protokollarda olmayan antibiotiklər, xüsusən “Deksametazon”, “Metipred” və “Prednol-L” kimi hormonal dərmanlarla müalicəsinin yolverilməz olduğunu deyib. Həkimin sözlərinə görə, reanimasiyalarda istifadə olunan və ikincili infeksiyalara uyğun şəkildə tətbiq edilən bu dərman və antibiotiklərin erkən dövrdə evlərdə istifadəsi keçici bir müddət yaxşılaşma hissi verdikdən sonra xəstəliyin 5-ci, 6-cı günlərində sürətli ağırlaşma ilə birlikdə nəzarətdən çıxan və bəzən müalicəsi mümkün olmayan problemə çevrilə bilər.
Eləcə də antibiotiklərin erkən mərhələdə istifadəsi virusla mübarizədə bədənin immun sisteminin formalaşmasına ciddi zərbə vuraraq super-infeksiyaların əmələ gəlməsinə, xüsusilə antibiotiklərə müqavimətli, çox təhlükəli, bəzən müalicəsi mümkün olmayan və koronavirusdan daha çox ölümlərin səbəbi olan bakteriyaların yaranmasına gətirib çıxara bilər. Bütün bunları diqqətə alaraq, hər gün statistikada ölüm sayının artması narahatlıq yaradır.
Ortaya belə bir sual çıxır. Evdə ölüm sayı çoxluq təşkil edir, ya xəstəxanalarda?
Cebhe.info bununla bağlı Nə TƏBİB, nə Səhiyyə Nazirliyindən rəsmi məlumat əldə edə bilib, amma xəstəxanada pandemiyanın yarandığın gündən etibarən birbaşa fəaliyyəti olan ATU-nun dosenti Ədalət Rüstəmdən sualımıza cavab öyrənib:
“Evdə ölüm halları ilə bağlı məlumat yoxdur. Xəstəxanada ölüm halları daha çox qeydə alınır. Həmin xəstələr ağırlaşmış halda reanimasiyalara gətirilir və dünyasını orda dəyişir. Dünyasını dəyişən xəstələrdən eləsi olur ki, evdə 1 həftə, eləsi də var ki, 2 həftə müalicə almış xəstə olur “.
Ədalət Rüstəm bildirib ki, böyük xəstəxanaların əksəriyyətində reanimasiyalarda yer yoxdur. Reanimasiyaların 80-90 faizi xəstələrlə doludur.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-09-2021, 12:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-09-2021, 12:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti