"Gördüm ki, karta 50 manat gəlməsi barədə mesaj daxil oldu..." - GİLEY
Ölkədə ən çox müştəri şikayətləri olan yerlərdən biri “Unibank”dır. TİA.Az xəbər verir ki, bu dəfə bank müştərinin başına iş açıb.
Leyla Əliyevanın sözlərinə görə, evdə bəzi əşyaları satır deyə internetdə elanlar yerləşdirir: “Mənə Rusiya nömrəsindən zəng gəldi. Bir xanım idi, dedi ki, əşyalarınızı almaq istəyirəm.
Qayıtdı ki, kart şəkli atın, kod gələcək. Mən də ona keçmiş maaş kartımı atdım. Gördüm ki, karta 50 manat gəlməsi barədə mesaj daxil oldu.
Əvvəlcə, anlamadım, elə bildim o adam mənə pul atdı. Soruşanda dedi ki, bəli, pul göndərmişəm. Amma bir də gördüm ki, 45 manat pul yazısı gəldi, yenə anlamadım.
Həmin şəxs məndən başqa kartlar da istədi. Mən yenə iki kart atdım. Biri “Unibank”dan “stependiya” kartım, biri də “Bank Respublika”dan viza elektron kart…“
L.Əliyevanın sözlərinə görə, həmin şəxs dedi ki, şəxsiyyəti at, dollardı deyə pulu göndərə bilmirəm:
“Mən şəxsiyyəti də yolladım. Bir az kodlar gəldi. Sonra bir az keçdi, birdən “odboy” elədi. Mən qorxdum.
Mən işləməyə-işləməyə maaş kartımdan mənə avans verilib 50 manat, o rus qadın da çəkib. 45 manat özünə atıb, 3 manat komissiya haqqı çıxılıb. Bankdan zəng vasitəsiylə öyrəndim ki, adıma 53 manat borc yaranıb.
Bəli, mən böyük səhv etmişəm, əlbəttə…Mənə çatmayan odur ki, bu bank nə axmaq bankdır, mən işləməyə-işləməyə kartıma avans pul verilir. Bu nə qədər qanunsuzluqdur axı. Çox əsəbiyəm. Görəsən şəxsiyyət vəsiqəmi tamamilə dəyişdirmək istəsəm dəyişərlər?”
Paylaş:
Müəllif : Yazar
Tarix:3-09-2021, 17:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-09-2021, 17:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti