“2000 manat nə böyük puldur ki, ona görə ölümlə təhdid edim?!” - QALMAQAL
Gəncə şəhər sakini Elmir Həsənov Amerikaya aparılmaq adı ilə üç nəfər tərəfindən dələduzluğa məruz qaldığını iddia edir.
Bu barədə “Qafqazinfo”ya müraciət edən E. Həsənov qeyd edib ki, Şidokan İdman Federasiyasının adı ilə Amerikaya gedəcəyi barədə ona vəd verilib: “Lakin sonradan məlum oldu ki, belə bir federasiya yoxdur. Belə ki, 5 ay bundan öncə mən Emil İbrahimov, Müşfiq Bəylərov və Elşad Qaracayevlə bir dostum sayəsində tanış oldum. Onlar mənə köməklik göstərərək Amerikaya viza alacaqlarını, orada idmançı olaraq günə 500-600 dollar qazanacağımı dedilər. Bu məqsədlə məndən 2000 manat pul aldılar. Pulun yarısını Gəncədə, yarısını da Bakıda onlara təhvil verdim. Aramızda rəsmi sənəd imzalanmayıb. Sadəcə sözlə razılaşdıq.
Sonra məni Türkiyəyə göndərdilər. Burada hoteldə qalıram. Türkiyəyə gələndən sonra öyrəndim ki, onların dedikləri federasiya uydurmadır. Onlara bu haqda bildirəndə və pulumu tələb edəndə mənə müxtəlif bəhanələr gətirdilər. Mən də məcburən burada tanıdığım insanlardan borc aldım. İndi borcumu qaytarmaq üçün onlardan pulumu verməklərini tələb edirəm. 4 aydır Türkiyədə qaldığıma görə borclarım yaranıb və Azərbaycana gələ bilmirəm.
Daxili İşlər Nazirliyinə də bu haqda məlumat vermişəm. Nazirlikdən mənə bildirdilər ki, Gəncədə və Bakıda adlarını qeyd etdiyim şəxsləri axtarırlar”.
Şikayətçi iddia edir ki, Elşad Qaracayev kriminal aləmin üzvüdür: “Bu səbəbdən də pulumu tələb etdiyimə görə, məni ölümlə hədələyir. Deyir ki, “Türkiyədə ünvanını bilirəm, kiməsə nəsə danışsan və pulu istəsən səni öldürtdürərəm”.
“Qafqazinfo” məsələ ilə bağlı şikayətdə adı hallanan şəxslərdən biri-Elşad Qaracayevlə əlaqə saxlayıb. Qaracayev E. Həsənovun dediklərini təkzib edib: “Elmirlə Emil əvvəldən dost olublar. Elə Emilin sayəsində biz Elmirlə tanış olmuşuq. Adını dəqiq xatırlamadığım üçün deyə bilməyəcəm, amma Elmirin olmadığını iddia etdiyi federasiya var, Müşfiq Bəylərov da oranın direktorudur. Elmir özü bizə müraciət etdi ki, məni o federasiya ilə Türkiyəyə aparın. Biz Amerika haqda heç bir vəd verməmişdik. O dedi ki, Türkiyəyə gedim oradan da idmanın köməkliyi ilə öz hesabıma Amerikaya gedərəm. Ondan 2000 manat ancaq sənədləşdirmə işləri üçün pul alınıb. Dediyi kimi də Türkiyədə hoteldə qalmır. 5 ay hansı hotel adamı pulsuz saxlayar? Köhnə bir evdə qalır, özü də orada qaçaq şəkildə işləyir.
Bizə böhtan atır. Buna görə uşaqlar vəkillə danışmışdı ki, onu böhtan atdığı üçün məhkəməyə verək. Özü də biz Gəncədə, Bakıda görüşüb pul alıb-verməmişik. 2000 manat nə qədər böyük məbləğdir ki, biz onu elə uzada-uzada alaq? Biz ancaq Bakıda görüşmüşük, onda da pul almamışıq.
Amerikaya göndərməklə bağlı biz ona heç bir vəd verməmişik. Dünən Elmirlə Müşfiq danışıb. Müşfiq ona sənədləşdirmə üçün ödədiyi 2000 manatı geri qaytaracağını deyib. 2000 manat nə böyük məbləğdir ki, ona görə kimisə ölümlə təhdid edim?”
Qeyd edək ki, ölkəmizdə Beynəlxalq Şotakan Karate–do Federasiyasının Azərbaycan bölməsi fəaliyyət göstərir. Şikayətdə adı hallanan federasiya ilə bağlı isə heç bir məlumat yoxdur.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-09-2021, 12:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:6-09-2021, 12:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti