reklam
Regionxeberlericom.az » Sosial » Peyvəndlənməyən təhsil işçilərinə XƏBƏRDARLIQ

reklam

Peyvəndlənməyən təhsil işçilərinə XƏBƏRDARLIQ



Yeni tədris ilində ənənəvi təhsilə qayıdışın əsas şərti təhsil işçilərinin peyvəndlənməsi ilə bağlıdır.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təhsil işçiləri bu ilin yanvar ayından həyata keçirilən peyvəndləmə prosesinə ilk qoşulanlardandır.

Hazırda təhsil işçilərinin 80 faizdən çoxu COVID-19 əleyhinə peyvəndlənib. Bununla belə yeni tədris ilinin başlanmasınadək təhsil işçilərinin daha çox sayda peyvəndləmə prosesinə qoşulması vacib məsələdir. Peyvənd olunmayan təhsil işçilərinin təhsil müəssisələrinə girişinə icazə verilməyəcək. Bütün təhsil müəssisələrində çalışan işçilər özlərinin və ətrafdakıların sağlamlığı üçün peyvəndləmə prosesində aktiv iştirak etməlidirlər.

Həmçinin peyvənd əleyhinə əks göstəriş arayışı təqdim edən təhsil işçiləri rəsmi qaydada “Əks göstəriş sertifikatı”nı təqdim etməlidirlər. Təhsil Nazirliyi olaraq bütün təhsil işçilərini virusdan qorunmaq üçün peyvənd olunmağa və sanitar-gigiyenik normalara əməl etməyə çağırırıq.


Paylaş:


Müəllif : Tarix:
9-09-2021, 12:23
Sikayət   


loading...
Загрузка...