Masallı meşələri belə QARƏT OLUNUR - “Sən artıq buranın işçisi deyilsən və get evinizə”
Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin (MRMTM) meşə uçotu və kadastrı üzrə baş mühəndisi Ağayev Kərəm İsabala oğlu “ecofront”a etdiyi müraciətdə işdən çıxarılması səbəblərini açıqlamaqla yanaşı meşə mafiyasını da ifşa edib.
AzToday.az xəbər verir ki, Kərəm Ağayev müraciətində işdən çıxarılması səbəbini korrupsiyaya mane olması ilə əlaqələndirib.
Onun sözlərinə görə, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyində meşə təsərrüfatından başı çıxmayan təsadüfi adamlar yer alıb:
“MRMTM-nin direktorunun mənim üzərimə olan təzyiqləri günü-gündən şiddətlənir. Məni məcbur edir ki, mən onun istəyi kimi izahat verim. Əks təqdirdə məni işdən çıxardacağı və ya şərləyəcəyi ilə hədələyirdilər. Öz əl altları olan 4-5 nəfəri yığıb mənim əleyhimə şər-böhtan xarakterli “akt”lar tərtib edirdilər. Mən isə onlara: “Mübarizə yolum axıra kimidir. Heç kim, məni yoldan çəkindirə bilməz. Nə qədər də,siz mənə təzyiq göstərsəniz də geri addım atan deyiləm. Siz, cinayətkar dəstənin (direktor Adəm İsmiyev, müavin Faiq Əmişov, baş mühafizə mühəndisi Abturab Bağırov, baş mühasib Mansur Nurəliyev və həmkarların sədri Adil Quliyev) ucbatından, bu gün bizim bulaq, çay və su quyularımız qurumaqdadır və Planetimizin “ağ ciyəri” adlanan meşələrimiz gözlərimizin önündə qırılıb soyqırıma məruz qalmaqdadır.
İlk dəfədir ki, bu il, bizim regionunun əksər bulaq, çay və su quyuları quruyub. Əgər siz cinayətkar dəstə ilə razılaşsam və bu “soyqırıma” göz yumsam, onda vay bizim və gələcək övladlarımızın halına!.
Kərəm Ağayev bildirir ki, 09 sentyabr 2021-ci il tarixdə hər gün olduğu kimi, şəhər saat 09:00-da iş yerimdə oldum və işçilərin “iş tabeli” Mərkəzin direktor müavininin otağında olduğu üçün ona yaxınlaşıb, iş tabelinə imza etmək istədim. Faiq Əmişov mənə “Səni artıq Meşələrin İinkişafı Xidmərinin rəisi Namiq Xıdırov işdən azad edib, hətta əmrin də gəlib”. “O zaman məni əmrlə tanış edib, bir sürətini mənə verin. Əks təqdirdə aidiyyatı orqanlara müraciət edəcəyəm” dedim. O isə nəinki əmri verdi, heç onu mənə göstərmədi də. Və bildirdi ki, “Sən artıq buranın işçisi deyilsən və get evinizə”.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-09-2021, 10:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:10-09-2021, 10:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti