"COVID pasportu” tələbi ləğv olunmalıdır, çünki..." - ATU dosenti etiraz etdi
Böyük Britaniyada “COVID- 19 pasportu” tələbi ləğv olunub.
Bu barədə xarici mətbuat yazır. Həmçinin Fransada da insanların hər həftə vaksinasiya prosesinə kütləvi etiraz aksiyaları keçirilir. Bütün bunlar vaksinasiyanın və tətbiq edilən məhdudiyyətlərin məğzini şübhə altına salır. Azərbaycanda da ictimai iaşə obyektləri, iri ticarət mərkəzləri və digər məhdudiyyət qoyulan yerlərə “COVID pasportu” olmadan girişinə icazə verilə bilərmi? Yəni İngiltərədəki kimi COVID pasportunun tələbinini ləğvi mümkündürmü?
Bununla bağlı Cebhe.info- ya Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm danışıb. O bildirib ki, pandemiya ilə bağlı Operativ Qərargahdan hər cür xəbəri gözləmək olar:
“İngilislər ağıllı millətdir. Haqlarını tələb etməyi bacarırlar və istədiklərinə də nail olurlar. İngiltərədə hər şey ədalətə söykənib. Aksiyaların keçirilməsi vaksinlərin təsirini şübhə altına almır. Düzdür, peyvəndlərin yan təsirləri var. Baş ağrısı, ürəkbulanma və s. bədənin vaksinə qarşı normal reaksiyasıdır”.
Dosent bildirib ki, Azərbaycanda saxta “COVID- 19 pasportu” alanların sayı kifayət qədər çoxdur:
“Bu olan yerdə saxtanı əsl pasportdan fərqləndirmək mümkün deyil. Saxta və həqiqi pasportu olan şəxsin hər ikisinin portalda adı çıxır. Belə olan halda, “COVID pasportu”ndan istifadə etməyin nə anlamı var?”
Ədalət Rüstəm əlavə edib ki, məntiqlə düşünülsə, bugünkü reallıqda “COVID pasportu” ləğv olunmalıdır: “Ona görə ki, saxta ilə həqiqi pasportu dövlət ayırd edə bilmir. Bunu ayırd etmək imkanı yoxdursa, deməli, “COVID pasportu”nun verilməsinin heç bir anlamı yoxdur. Əgər fərqləndirmək mümkündürsə, vəziyyət başqa cür dəyərləndirilə bilər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-09-2021, 13:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-09-2021, 13:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Bu gün, 11:52