Məktəbli formasının bazarı "bağlanıb" - Valideynlər artıq xərcə düşmək istəmirlər
Bir həftədən sonra ölkə üzrə ümumtəhsil müəssisələri öz qapısını yenidən məktəblilərin üzünə açacaq. Dərslərin başlamasına az müddət qalsa da, valideynlərin çoxu məktəbli forması almaqda qərarlı deyil. Bu səbəbdən də məktəbli formalarının satıldığı məkanlarda alıcı sıxlığı müşahidə olunmurdu.
Forma alan əsasən birincilərdir
Sputnik Azərbaycan-ın əməkdaşı yeni tədris ili ərəfəsində məktəbli formalarının satıldığı məkanlarda tələbatı, qiymətləri araşdırıb.
Bakı Tikiş Evinin (BTE) əsas satış mərkəzi açıq olsa da, valideynlərə tək-tək rast gəlinir. Burada satıcı bildirib ki, məktəbli forması alan valideynlərin çoxu övladlarını birinci sinfə göndərənlərdir: "Hələ ki yuxarı siniflər üzrə məktəbli formasına ciddi tələbat yoxdur. Əsas ibtidai siniflər üzrə məktəbli forması satılır".
Satıcı bildirib ki, bununla belə, satışda hər ölçüdə forma var:
"Adətən valideynlər məktəbə iki-üç gün qalmış alış-veriş edirlər. Amma bu il vəziyyət fərqlidir. Təhsil Nazirliyi yeni məktəbli forması ilə bağlı elan verib. Ona görə də valideynlərin çoxu bir tədris ilinə görə yeni forma almaq istəmir".
Köhnə formalar yenidən istehsal olunur
Bakı Tikiş Evi satış şöbəsinin müdiri Etibar Əzimov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onlara hələ ki yeni məktəbli formalarının istehsalı ilə bağlı hər hansı göstəriş verilməyib. Ona görə də əvvəlki illərdə satılan məktəbli formalarından istehsal edirlər:
"Yeni tədris ili ilə əlaqədar biz artıq əvvəlki illərdə satdığımız məktəbli formalarının satışına başlamışıq. Əvvəl satdığımız məktəbli formalarının istehsalı bu gün də davam edir. Yeni geyim nümunəsi bizə təqdim olunmayıb".
E.Əzimov bildirib ki, BTE-nin istehsalı olan məktəbli formaları indi "Bravo" marketlərdə də satışa çıxarılıb:
"BTE metroların çıxışındakı - "20 Yanvar", "Həzi Aslanov", "Koroğlu" stansiyaları yaxınlığında yerləşən “Bravo” hipermarketlərində və BTE-nin baş ofisində, eləcə də Bakıxanov qəsəbəsindəki mağazasında məktəbli formalarını satışa çıxarıb. Artıq valideynlər indidən məktəbli forması almağa başlayıblar. Mağazalarımızda satış var".
Qiymət əvvəlki qiymətdir
E.Əzimov onu da deyib ki, məktəbli formalarının qiymətində hər hansı dəyişiklik edilməyib:
"Məktəbli formalarının qiymətində heç bir dəyişiklik olmayıb. I-VI siniflər üçün kostyumun qiyməti 40 manat, VII-XI sinif şagirdləri üçün kostyumun qiyməti isə 46 manatdır. Bu dəstə pencək və şalvar, yaxud da pencək və ətək daxildir. Köynəklərin qiyməti 26-dan 54 ölçüyədək 8 manatdır".
Şöbə müdiri məktəbli formalarının keyfiyyətinin də dəyişmədiyini bildirib. Onun sözlərinə görə, istehsal etdikləri məktəbli formalarının xammalı Türkiyədən gətirilir. Lakin müəssisə səlahiyyətlisi Təhsil Nazirliyinin yeni məktəbli forması ilə bağlı layihəsinin satışa təsir etdiyini də etiraf edib.
Valideynlər isə məktəbli formasına tələbatın o qədər də çox olmamasının səbəbini iki amillə əlaqələndirirlər.
Kimi məktəblərin bağlanacağından qorxur, kimisi də...
Valideyn Maya Orucova deyir ki, övladına bu il məktəbli forması almayacaq: "Mənim iki qızım məktəbə gedir. Təhsil Nazirliyi isə bildirib ki, gələn ildən yeni formalar olacaq. Ona görə də bu il forma almağı nəzərdə tutmuram. Bu, ailəmiz üçün əlavə xərc olacaq".
Digər valideyn Məhin Budaqova isə bildirib ki, məktəblərin açılıb, sonra bağlanacağından ehtiyat etdiyindən övladlarına bu tədris ili məktəbli forması almağı nəzərdə tutmayıb:
"Məktəblər sentyabrın 29-dan açılsa da, belə söz-söhbət gəzir ki, tezliklə bağlanacaq. Ona görə də pandemiya dövründə məktəbli formasına xərclənən pul israfdır. Mən düşünürəm ki, uşaqlara gələn ildən forma alım. Deyilənə görə, gələn ildən uşaqlar üçün yeni məktəbli formaları hazırlanacaq. Sentyabrdan böyük oğlumdan qalan məktəbli geyimini balaca uşağa geyindirəcəyəm. Bu tədris ili uşaqlarımdan birinə yalnız ağ köynək almağı düşünürəm".
"Bravo"da iki qəpik ucuzuna
Elə satışda da tələbatın formalardan çox, ağ köynəklərə olduğu hiss olunurdu. "Bravo" hipermarketlərindən birinin satıcısı da ən çox ağ köynək, tək ətək və şalvarın satıldığını söylədi.
Qeyd edək ki, "Bravo" hipermarketlərində I-VI sinif oğlanlar üçün kostyumun qiyməti 39 manat 98 qəpikdir. 26-54 ölçülü ağ köynək isə 7 manat 99 qəpiyə təklif olunur. Qızlar üçün 26-44 ölçülü pencək-ətək də eyni qiymətə - 39 manat 98 qəpiyə satılır.
Nazirin qərarı valideynlərin də ürəyincədir
Xatırladaq ki, Təhsil naziri Emin Əmrullayev son brifinq zamanı jurnalistlərin məktəbli forması ilə bağlı sualını cavablandırıb. Nazir deyib ki, hazırda vahid məktəbli formaları ilə bağlı yeni qərar yoxdur. Ona görə də hər kəs aldığı məktəbli forması ilə dərsə gələ bilər. Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu əlavə edib ki, yeni forma qəbul edilsə də, köhnə formalar sıradan çıxana qədər şagirdlər həmin formaları geyinə bilərlər.
Məlumat üçün əlavə edək ki, Təhsil Nazirliyinin təqdim etdiyi layihəyə görə, qızlar üçün yay geyim forması qısaqol köynək və ətəkdən, qış geyim forması isə uzunqol köynək, ətək və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq. Oğlanlar üçün yay fəslində tətbiq edilən geyim forması qısaqol köynək və şalvardan, qış geyim forması isə uzunqol köynək, şalvar və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq. Geyim formaları elementlərinin aşağıdakı rənglərdə hazırlanması nəzərdə tutulur:
- Ətək və şalvar - qara, tünd-qəhvəyi, tünd-boz, tünd-göy və qəhvəyi-yaşıl;
- Köynək - ağ, dəri, mavi, açıq-yaşıl və açıq-sarı;
- Jaket - tünd-boz, qəhvəyi, tünd-göy, tünd-yaşıl və açıq-qəhvəyi.
Qeyd edək ki, Azərbaycanda aşağı siniflər üzrə dərslərə sentyabrın 22-dən, yuxarı siniflər üzrə 29-dan ənənəvi formada start veriləcək.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-09-2021, 09:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-09-2021, 09:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29