reklam
Regionxeberlericom.az » Sosial » Təcili yardım niyə gecikir? – Xidmətdən “vəziyyət gərgindir” dedilər

reklam

Təcili yardım niyə gecikir? – Xidmətdən “vəziyyət gərgindir” dedilər



Son iki ildə pandemiya şəraiti təcili tibbi yardım xidmətindən şikayətləri çoxaltdı. Kütləvi infomasiya vasitələri və sosial mediada xəstələrin saatlarla təcili yardım briqadalarının gəlişini gözləmək məcburiyyətində qaldığı barədə məlumatlar yer aldı.

Şikayətlərə rəvac verən nədir? Pandemiya, çoxsaylı şikayətlərin mövcudluğu fonunda təcili yardım xidməti necə fəaliyyət göstərir?

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətindən Bizim.Media-ya verilən açıqlamada müraciətlərin sayının 2 dəfədən çox artdığı bildirilir:

“Əvvəllər gün ərzində 103 xidmətinə 3000-4000 zəng daxil olurdu, onlardan 1500-1600 çağırış icra olunurdu. İndi zənglərin sayı 10 mini keçir, onlardan 2700-3000-i icra olunur. Zənglərin çoxluğu xəttlərin yüklənməsinə səbəb olur. Buna görə də zəng edənlər bir müddət xəttə gözləməli olurlar”.

Açıqlamada bildirilir ki, qızdırma, boğulma, təngnəfəslik kimi şikayətlər daha çoxdur:

“Bununla yanaşı təzyiq, ürək, uşaqlarla bağlı müraciətlər də çox olur. Çağırışlar çeşidləmə üsulu ilə icra olunur – əvvəl təcili çağırışlar, daha sonra isə təxirəsalınmaz çağırışlar yerinə yetirilir.

Çox vaxt əhali təcili yardıma aidiyatı olmayan çağışlarla müraciət edir. Bu həm xəttlərin yüklənməsinə, həm də çağırışların gecikməsinə gətirib çıxarır. Əgər əhali poliklinika xidmətindən düzgün yararlana bilsə, təcili yardım bu qədər yüklənməz”.

Bildirilir ki, hazırda texniki imkanlara görə 103 çağrı mərkəzində eyni vaxtda 15 operator xidmət göstərə bilir. Həmçinin qeyd olunur ki, xəstəxanalarda reanimasion çarpayı qıtlığı mövcuddur:

“Bu da təcili yardım briqadalarının saatlarla xəstəxana qəbullarında qalmasına səbəb olur. Normal halda bir xəstənin yardımı və hospitalizasiyası üçün 1-1,5 saat vaxt sərf olunursa, COVİD xəstələrinin hospitalizasiyası zamanı briqada 3-4 saat vaxt sərf edir. Bu isə növbəti çağırışın gecikməsi deməkdir”.


Paylaş:


Müəllif : Tarix:
14-09-2021, 11:04
Sikayət   


loading...
Загрузка...