reklam
Regionxeberlericom.az » Sosial » Dərman möhtəkilrəinin COVİD QAZANCI... - NARAZILIQ!

reklam

Dərman möhtəkilrəinin COVİD QAZANCI... - NARAZILIQ!



Gördüyünüz bu vitamin qarışığı olan preparatı demək olar bütün həkimlər "COVID-19" xəstələrinin müalicəsində məsləhət görürlər.

Bu preparatın qiyməti 7 (yeddi) AZN idi. Yəni, "COVID-19" yay tətilində olanda.


"Dogruxeber.az" İnformasiya agentliyinin redaksiyasına daxil olan çoxsaylı vətəndaş müraciətlərindən belə məlum olur ki, indi virus artıq "işinin başına dönəndən bəri" sözügedən preparatlar sanki "qeyb"ə çəkilib.

Əvvəla tapmaq olmur. Hansı əczaxanadan soruşursan, deyir: "Depoda yoxdur. Gəlmir o daha".

Bu boyda Bakı şəhərində cəmi 1, ya da 2 əczaxanada tapmaq olar. O da tanışlıqla.

Hərə də ağlına gələn bir qiyməti qoyub üstünə.

Bəzi işbazlar üçün əla fürsət yaranıb.

Belə ki, 7 (yeddi) manatlıq dərman preparatını indi kimdə qalıbsa ya 15, ya 25 manata verir.

Maraqlıdır, təhlükəli virusun hər gün onlarla can aldığı bir dövrdə, xəstəliyə qarşı mübarizədə istifadə olunan bəzi dərman preparatlarının süni şəkildə satışına əngəllər yaradılması kimin, yaxud kimlərin maraq dairəsini əhatə edir?

Səhiyyə Nazirliyi sözügedən problemi aradan qaldırmaq üçün niyə tədbir görmür?

Bütün qonşu ölkələr "covid - 19"u məhv edən preparatlar kəşf edir, bizə isə hazır preparatlar gizlədilir, min bir əziyyətlə axtarıb tapdığımızda, "dadar-doymaz", 1-2 ədəd, onu da "od qiyməti"nə verirlər.
bir bu deyil, ümumiyyətlə, bir neçə preparatların qiymətləri qalxıb kəllə-çarxa.

Bir yandan "COVID" bəlası, bir yandan da iqtisadi böhran, işsizlik və qiymət artımı...

Bütün bunlar "pulun yoxdur, yıxıl öl" demək anlamına gəlir əslində.

Vallah elə dövrdə, daha doğrusu elə işbazların dövründə, yaşayırıq ki, yaşamağın xərci çoxdur, ölməyin xərci ondan da çoxdur.

Azərbaycan səhiyyəsinin də yarıtmazlığı üzündən hər gün ölüm halları qeydə alınır. Yeri gəlmişkən ölüm hallarının da 98%-i xəstəxanalarda baş verir.

Həkim səhlənkarlığı, həkim saymazlıqları, "tik-tok" çəkən tibb bacıları, ən nəhayət isə lazım olan preparatların piştaxtaların arxasında gizlədilib, qiymət artımını gözləməsi üzündən.

Yeri gəlmişkən redaksiyamızın əməkdaşları sözügedən məsələ barəsində kiçik araşdırmalar aparıb. Araşdırmalarımız nəticəsində deyilənlərin hər biri öz təsdiqini tapıb.

Əslində, Azərbaycan Səhiyyəsinin bugünkü vəziyyəti və fəaliyyəti, daha doğrusu fəaliyyətsizliyi gözümüzün önündə olduğu üçün, bəzən bu barədə yazdığımız sözlərimizə belə heyfimiz gəlir.

Bu qədər vətəndaş şikayətləri, bu qədər tənqidlər, hətta cana doymuş vətəndaşların təhqirləri belə Səhiyyəmizin nə gözləri görür, nə də qulaqları duyur.

Bəlkə də duymaq istəmir.
Kim bilir, bəlkə elə problemi yaradan Səhiyyə Nazirliyinin özüdür?...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.



Paylaş:


Müəllif : Tarix:
15-09-2021, 13:48
Sikayət   


loading...
Загрузка...