Ağdam rayon İcra Hakimyyətinin başçısı şəhidin qardaşını işdən çıxardı - ETİRAZ
“Məmur xalqın xidmətçisidir.Birinci xidmətçi isə mənəm.” Bu fikir ölkə Prezidenti cənab İlham Əliyevə məxsusdur. Lakin təəssüflə qeyd etmək lazımdır ki, ölkə başçısı tərəfindən həyata keçirilən hər təyinat sanki yeni kəndxuda, rayon ağası anlamına gəlir. Hələ də bəzi məmurlar ölkə Prezidentinin bu mövzulu tapşırıqlarını ciddiyə almırlar, yalnız sıradan bir söz olaraq qəbul edirlər. Kifayət qədər daxili problemlər məngəsində olan Azərbaycan üçün isə bu tip nəzərdə tutulmayan əlavə problemlər yeni narazılıq, dövlətçilik təməlnin sarsılamsı deməkdir. Və ən başçılcası isə ölkə başçısı üçün əlavə işdir. Bəs görəsən məmur nədən onu təyin edən Prezidentinə qarşı çıxır, onun tapşırıqlarını görməzdən gəlir?
Ötən gün Ağdam rayonundan məcburi köçkün olan Məcnunov Etiqad Oruc oğlu uzun illər çalışdığı vəzifəsindən absurd səbəblərə görə azad edilməsi ilə bağlı ölkə Prezidentinə ünvanladığı videomüraciəti eyni zamanda Conflict.az-a göndərib. Xatırladaq ki, Etiqad Məcnunov on ildir Ağdam rayon icra hakimiyyətinin məcburi köçkünlərin məskunlaşdığı Alıbəyli 2 və Qasımbəyli qəsəbələrində icra nümayəndəsi, icra nümayəndəsinin müavini və nümayəndəliyin kicik mühasibi vəzifələrində çalışıb. Bir müddət öncə dövlət qulluğu haqqında qanun əsas gətirilərək orta ixtisa təhsilli E.Məcnunov ali təhsili olmadığı üçün vəzifəsindən azad edilir. Bundan sonra E.Məcnunov Gəncə şəhərində fəaliyyət göstərən Aqrar universitetin “iqtisadiyyatın tənzimlənməsi” fakultəsinə daxil olur və həmin təhsil müəssisəsini uğurla bitirir. Təhsilini başa vurduqdan sonra E.Məcnunov Ağdam rayon İHB-nin müvafiq əmri ilə Qasımbəyli qəsəbə icra nümayəndəliyinə kiçik mühasib vəzifəsinə təyin olunur. Təxminən bir ay öncəyə qədər hər hansı problem olmadan fəaliyyət göstərən E.Məcnunov, Ağdam rayon İH-nin rəhbəriyi tərəfindən təzyiqə məruz qalır. Ona könüllü olaraq ərizəsini yazıb işdən çıxması təklif olunur. E.Məcnunovun etirazından sonra isə ötən gün Ağdam rayon İcra Hakimyyətinin başçısı Vaqif Hsənov Etiqad Məcnunovu xidməti otağına dəvət edir və işdən çıxarılması ilə bağlı əmr imzaladığını onun diqqətinə çatdırır. Bir daha xatrladaq ki, Etiqad Məcnunov Şəhid Etiraz Məcnunovun qardaşıdır və I Qarabağ müharibəsi iştirakçısıdır. İki tələbə atası olan məcburi köçkünün mövcud durumu nədənsə Ağdam rayon İcra Hakimyyətinin başçısı Vaqif Həsənovu qətiyyən narahat etmir. Etiqad Məcnunovun ölkə Prezidentinə müraciətinin mətnini təqdim edirik.
- Ölkə başçısı dəfələrlə qeyd edib ki, qaçqlınlar, məcburi köçkünlər, şəhid ailələri ölkə əhalisinin həssas təbəqəsidir. Çox təssüf edirəm ki, Vaqif Həsənov ölkə Preizdentinin tapşııqlarını görməzdən gəlir. Mən özüm və qardaşlarım I Qarabağ müharibəsinin iştirakçılarıyıq. Şəhid qardaşıyam. Bu insan məni nə üçün işdən azad etməlidir. İki tələbə valideyniyəm. Onları necə dolandıracam? Bundan sonra mən nə edim? Cənab Prezidentə, I Vitse-prezidentə müraciət edirəm, nə üçün Ağdam rayon İcra Hakimiyyətini başıçi mənə qarşı belə edir? Səbəb nədir? Mən indi dərk edirəm ki, bu insanların əməlləri məhz onların ailələrində şəhidin, qazinin olmamasıdır. Bu insanlar ağrının, acının, ehtiyacın nə olduğunu bilmirlər. Əks halda bu cür hərəkətlərə yol verməzdilərr. Şəhid abidəsi inşa edirlər, şəhid məzarları üstünə güllər düzürlər. Lakin həmin mərasim bitən kim şəhid qardaşını səbəbsiz olaraq işdən azad edirlər. Deməli hər şey sünidir, efir üçündür, gözdən pərdə asmaq naminədir. Mən cənab Prezidentdən kömək istəyirəm. Erməni işğalı nəticəsində məcburi köçkün həyatı yaşadığım dönəmdə mənə yalnız iki otaqlı ev verilib. Vaqif Həsənov buyursun gəlsin, həmin iki otaqlı evi də ona verməyə hazıram.
Əslində bu hadisə bir şəxsin deyil, mövcud durumda bir ailənin, iki tələbənin gələcək faciəsinin başlanğıcıdır. XXI əsrdə, iddia olunduğu kimi regionun lider ölkəsinin vətəndşı nə üçün öz faciəsi ilə baş-başa qalmalıdır?
Redaksiyadan: Məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyırıq, dərc etmətə hazırıq.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-09-2021, 08:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:17-09-2021, 08:33
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti