Xaricdə təhsil alanlar üçün yeni problem yaranır... - Azərbaycanda yenidən pul verib oxumalı olacaqlar?
"Xarici diplomların tanınması qaydalarına dəyişiklərlə bağlı layihə hökumətə təqdim edilib".
Bunu "Media və təhsil dialoqu" təlimində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Eldar Orucov bildirib.
Onun sözlərinə görə, yaxın gələcəkdə diplomların tanınması başqa formata keçəcək:
"Yeni layihədə qismən tanınma anlayışı olacaq. Məsələn, tələbə Rusiyada təhsil alıb. Onun təhsil aldığı fakültədə norma 240 kreditdir, bizdə isə 340 kredit. Yeni dəyişiklikdən sonra həmin şəxsin kreditləri tanınacaq və qismən tanınma şəhadətnaməsi veriləcək. Bu halda, həmin şəxsə kreditini tamamlamaq üçün Azərbaycan standartlarına uyğunlaşdıra bilmək şəraiti yaradılacaq. Bundan sonra həmin şəxsin əmək bazarına çıxışına imkan veriləcək və ona sertifikat təqdim olunacaq".
Yeni formata əsasən, tələbələr kreditin digər hissəsini tamamlamaq üçün Azərbaycanda təhsilləriini davam etdirəcəklərmi və əmək bazarında iş tapmağa imkan yaradacaqmı?
Təhsil üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya bildirib ki, xaricdə təhsil alanın problemi olmamalıdır:
“Əgər Azərbaycan beynəlxalq konvensiyaya qoşulubsa və biz o universitetləri tanıyırıqsa, avtomatik olaraq onların tədris yüklərini də tanımalıyıq. Düzdür, Azərbaycanda bu problem ciddidir ki, ölkədə kredit sayı hədsiz çoxdur. Ona görə ki, Azərbaycan tədris proqramında lazımsız kifayət qədər fənnlər salınıb. Bu da ona görədir ki, təhsil haqları çox olsun və tələbələrə dərslər keçilsin. Xarici ölkələrdə və beynəlxalq təcrübədə ancaq ixtisas üzrə fənlər keçirilir. Ümumiyyətlə, burada bir çox tanınma məsələsi var. Məsələn, əmək bazarında işlə təmin oluna bilərsiz, ancaq təhsilini davam etdirə bilməzsiz. Bundan başqa, təkliflərdə var ki, gündəlik tipində ilk minlikdə olan universitetlər avtomatik olaraq tanınsın, əyani və qiyabi təhsilllə bağlı müddətlər dəyişməlidir. Bunu təhsil müəssəsi müəyyənləşdirir. Mən bu gün Azərbaycanda ADPU, yaxud ATU-da oxusam, bilmirəm ki, semestr, kredit nə qədərdir, bunu universitet müəyyənləşdirir. Ona görə də bu tipli məsələlər sadələşdirilməlidir”.
Ekspert deyir ki, qismən tanınma şəhadətnaməsi tələbənin oxumasını nəzərdə tutmur, o, artıq onun şəxsi işidir:
“O təhsilini davam etdirməyə imkan verəcək sənəd deyil. Həmin sənəd yalnız əmək fəaliyyəti ilə məşğul olmağa imkan verəcək. Qismət tanınma o deməkdir ki, bakalavrı qurtarmısız, magistraturaya, doktoranturaya gedə bilməyəcəksiz. Ancaq rahatlıqla tam olaraq işləyə bilərsiz. Gəlib yenidən başqa bir ali məktəbdə oxumağa ehtiyac yoxdur”.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-09-2021, 09:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-09-2021, 09:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52