TƏBİB-in "gizli" dərman paketi - İLGİNC
İlk zamanlar Azərbaycanda koronavirus müşahidə edilməyə başlayanda evdə müalicə alan xəstələrə TƏBİB-in xüsusi bir dərman paketi çantası təqdim edilirdi. Paketdə ciddi dərmanlar olmasa da, ən azından orqanizmi gücləndirən vitaminlər göndərilirdi.
Koronavirusinfo.az saytının məlumatına görə, ümumi ev karantinində yəni evdə müalicə alan xəstələr Arbidol 200 mg x 3 dəfə 10 gün, Vit C tablet 1000 mg x 4 dəfə 10 gün, Vit D 20 mg/2000 iu günaşırı 2 ay, Zink 25 mg 1 dəfə 10 gün qəbul etməlidir.
Arbidolun 10 kapsulluq qutusu 12 manatdır. Gündə 3 dəfə 10 gün 3 qutu arbidol, 36 manata başa gəlir.
Vitamin C, 20 tablet olan qutu 17 manatadır. Qeyd olunan müalicə üçün 2 qutu tablet lazımdır. Bu da 34 manat edir.
Vitamin D, ən ucuzu 23 manatdır.
Tərkibi zink olan dərmanların isə ən ucuzu 8, manat 10 qəpikdir. Yəni koronavirusu çox yüngül keçirən xəstə 101 manat xərcləməlidir.
Eyni zamanda həkimlər koronavirus xəstələrini sağlam qidalanmağı da tövsiyyə edir. (?!)
Temperatur ≥37.5 olarsa, Azitromisin 500 mg x 1 dəfə ilk gün, 250 mg gündə 1 dəfə 4 gün; Ceftriaxon 1.0 x 2 dəfə ə/d və/və ya Moxifloxacin 400 mg x 1 dəfə 1 həftə; Paracetamol 500 mg gündə maximum 4 dəfə qəbul edilir.
Azitromisin 500mg-nin qiyməti 7 manat 40 qəpik,
Azitromisin 250 mg-nin qiyməti isə 8, manat 32 qəpikdir.
Ceftriaxon 1-qutu 5 manat 51 qəpikdir, 7 günə 38,57 qəpik (damara iynənin vurulması 2 manat, bu da 14 manat)
Paracetamolun qiyməti 3 manatdır. (ümumi 71,29 manat)
Öskürək olarsa; Asetilsistein 600 mg gündə 1 dəfə, İnhalasiya: salbutamol 5 mg 1 ampul + NaCl 0.9% 3 ml - şikayətlər itənə qədər edilir.
Qeyd: Asetilsistein 600 mg - 3,80 manat, salbutamol 14,77 manat edir.
Dispeptik əlamətləri olarsa; Linex 2 kapsul gündə 3 dəfə və ya Enterol 2 kapsul gündə 1 dəfə;
İshal yaranarsa: Loperamide 4 mg gündə 1 dəfə (max. 8 mg); Pantoprazol 40 mg gündə 1 dəfə; - vəziyyət yaxşılaşana qədər istifadə edilməlidir.
Qeyd: Enterol 12,88 manat, loperamide 8,26 manat, pantoprazol 7,44 manat edir. (ümumi 47,15)
XÜSUSİ QEYD: bu dərmanları koronavirus xəstələri özləri əldə etməlidir. Saytın koronavirus xəstələrinə tövsiyyə etdiyi dərmanların ümumi qiyməti 219,44 manat edir. Yəni xəstəlik ağır olmayan formada keçərsə, hər bir xəstə 220 manata sağala bilər.
Bir çox ölkələrdə xəstələrə dərman yardımları edilir. TƏBİB-in mətbuat katibi Elnarə Baxışova da qurumun xəstələrə ödənişsiz dərman verdiyini deyir:
"TƏBİB Abşeron rayonu və Sumqayıt şəhəri daxil olmaqla, ölkəmizin digər rayonlarında koronavirus xəstələrinin stasionar və ambulator müalicəsi ilə məşğul olur. Bu ərazilərdə evdə müalicə alan koronavirus xəstələrinə tamamilə ödənişsiz, dövlət hesabına dərman paketləri verilir".
Elnarə xanım xüsusilə qeyd edib ki, Bakı şəhəri üzrə evdə müalicə alan koronavirus xəstələrinə dərman paketlərinin verilməsi haqqında suallarımızı bununla məşğul olan digər quruma ünvanlamalıyıq. TƏBİB-in rəsmisindən koronaviurs xəstələrinə ödənişsiz təqdim edilən dərmanların siyahısını və ya fotosunu istədikdə isə istəyimiz cavabsız qaldı.
Koronavirusinfo.az saytının koronavirus xəstələrinin müalicəsi üçün təqdim etdiyi dərmanları ucuz qiymətə əldə etsək bu məbləğ 220 manat edir. Ölkədə minimum əmək haqqı isə 250 manatdır. Bu zaman belə suallar ortaya çıxır;
250 manat əmək haqqı alan vətəndaş 220 manat dərmanlarına xərclərsə, nə ilə dolanmalıdır?
Niyə Koronavirusla Mübarizəyə Dəstək Fondu olduğu halda xəstəxanalara vətəndaşlar rüşvətlə qəbul edilir?
Niyə koronavirus xəstələrinə ehtiyacı olan dərmanlar pulsuz verilmir?
Niyə Azərbaycanın COVID-19 pasportu digər ölkələrdə keçərli deyil?
Niyə COVID-19 pasportun olduğu halda digər ölkələrə getmək üçün yenidən 75 manat ödəyib PCR testdən keçməlisən?
Niyə qardaş Türkiyədə PCR testlərin qiyməti maksimum 250 tl (50) təsdiqləndiyi halda, Azərbaycanda 75 manatdır?
Niyə, niyə, niyə? Bu gün Azərbaycan vətəndaşını narahat edən "niyə" ilə başlayan kifayət qədər sual var. Saxta COVID-19 pasportları verdikləri üçün həbs edilən tibb işçilərinin, saxta əks göstəriş sertifikatları vermədikləri nə məlum?
O qədər cavabsız sual olduğu halda, Nazirlər Kabineti yanında Operativ Qərargahın təqdim etdiyi statistikaya vətəndaş niyə inanmalıdır?
Ölkədə koronavirus yayıldığı gündən xəstəxanalarda, karantin çadırlarında paylaşılan videolar, rüşvət aldığı üçün həbs edilən baş həkimlər....
Cənablar biz sizə nəyə əsaslanıb inanaq?
Bizimyol.info
Paylaş:
Müəllif : Yazar
Tarix:18-09-2021, 09:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-09-2021, 09:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25