Dövlətə məxsus müəssisələr necə yeyinti yuvasına çevrilir... - AKTUAL
Məlum olduğu kimi, Azərxalça ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradov 21 milyon 673 min manat məbləğində pul vəsaitini mənimsəyib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Belə ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Vidadi Muradovun qeyd olunan vəzifədə işləyərkən təsisçisi olmaqla faktiki rəhbərliyi həyata keçirdiyi “Azər-İlmə” MMC-nin Bakı şəhəri ərazisində yerləşən inzibati binasının “Azərxalça” ASC-yə mövcud bazar qiymətlərindən yüksək qiymətə icarəyə verilməsi, “Azərxalça” ASC-yə məxsus pul vəsaitinin xalça istehsalı üçün nəzərdə tutulan ipin alınması üçün formal müqavilənin bağlanması yolu ilə ayrı-ayrı hüquqi şəxslərə məxsus bank hesablarına köçürülərək sonradan nağdlaşdırılması, ölkə ərazisində tikintisi həyata keçirilmiş 23 müəssisə üzrə smeta sənədlərində iş həcmlərinin və qiymətlərin əsassız olaraq şişirdilməsi, işlərin daha ucuz və keyfiyyətsiz işlərlə əvəz edilməsi və ya yerinə yetirilməməsi və digər qanunsuz üsullarla ona etibar edilmiş ümumilikdə 21 milyon 673 min manat məbləğində pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talaması, habelə xüsusilə külli miqdar təşkil edən cəmi 640 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayınması, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və vəzifə saxtakarlığına yol verməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Vidadi Muradova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 213.3 (vergiləri ödəməkdən yayınma- xüsusilə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İstintaq zamanı dövlətə dəymiş ziyanın ödənilməsi məqsədilə təqsirləndirilən şəxs Vidadi Muradov və onun ailə üzvlərinin adlarına olan ümumi dəyəri 30 milyon 587 min manat təşkil edən yaşayış və qeyri-yaşayış sahələri, habelə “Azər-İlmə” MMC-nin səhm paylarının və aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulması təmin edilib. Vidadi Muradovla birgə cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaq davam etdirilir.
Göründüyü kimi, ən çox yeyinti tender və dövlət satınalmaları ilə bağlı baş verir. Bunun səbəbi isə istehsal müəssisəsinin dövlət şirkəti olmasıdır. Dövlətin böyük pay sahibi olduğu istehsal müəssisələrinin əksəriyyəti ilə bağlı bu kimi halların aşkarlanmasının şahidi oluruq. Sadəcə, bir “Azərxalça”da 22 milyon yeyinti baş verirsə, iri dövlət qurumlarında, nazirliklərdə nə qədər mənimsəmə olduğunu təxmin etmək çətin deyil.
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan deputat Razı Nurullayev bildirdi ki, vəzifəli şəxslər üzərində çarpaz nəzarət mexanizmi qurulmalıdır: “İstənilən halda əgər bir vəzifəli şəxs korrupsiya hallarına yol verirsə, ondan aidiyyəti orqanların xəbəri olmayıb, bununla bağlı hər hansı bir şübhə yaranmayıb kimi iddialar yersizdir. Çünki hamımız Azərbaycanda yaşayırıq və insanlar dövlət müəssisələrinin, müxtəlif qurumların, dövlət və özəl qurumların, bankların hansı kriteriyalarla işlədiyinin şahidi olur. Amma hansısa məmur lap ağını çıxaranda, edilən xəbərdarlıqlara qulaq asmayanda, növbəti səhvində artıq başının üstünə alırlar. Mən bunun cəza mexanizmi və necə aradan qaldırmaqla bağlı, sadəcə, onu demək istəyirəm ki, bütün insanlara qanunla bərabər və sərt şəkildə cəzalar tətbiq edilməlidir. Qanunun diktaturası yaradılmalıdır. Vəzifəli şəxslərin rüşvət və korrupsiya hallarına yol verməsi üçün əsaslar yaradılmamalıdır, çarpaz nəzarət mexanizmləri olmalıdır. Bəzən nəzarət mexanizmi eyni qəbildən olan qurumlara verilir. Vəzifəli şəxslər adətən bir-birini incitmək istəmirlər, bir-birinin qaranlıqlarını işıqlandırmağa meyilli olmurlar. Çarpaz nəzarət mexanizmi qurmaq üçün müxtəlif dövlət orqanlarına medianın, vətəndaş cəmiyyətinin, deputatların, ayrı- ayrı müstəqil şəxslərin, bir-biri ilə maraqları kəsişməyən şəxslərin cəlb olunmasına, onlardan ibarət nəzarət mexanizminin yaradılmasına ehtiyac var. Bilmirəm, bu bizim millətin genetik xüsusiyyətidir, yoxsa sonradan yaranıb, istənilən nəzarətçi də gedir hansısa quruma və sonradan nəzarətçini də hansısa yollarla ələ ala bilirlər. Oradakı mexanizmin bir hissəsinə çevrilir, nəzarət mexanizmi təsirini itirir. Sadəcə, rəsmi bir yalançı quruluşa dönür. Bu səbəbdən konkret olaraq nəzarət edən şəxslərin özünə qarşı da cəzalandırma olmalıdır”.
Deputatın sözlərinə görə, cəza mexanizmləri elə tətbiq olunmalıdır ki, insanlar özlərini nəzarət altında hiss etsinlər: “Söhbət hər kəsin izlənməsindən və ya otağına kamera yerləşdirilməsindən getmir. Ancaq cəmiyyətdə elə bir ab-hava yaradılmalıdır ki, hər bir kəs nəzarətsiz olmadığını hiss etsin. Xüsusən də vəzifəli şəxslər bilməlidir ki, oğurluğu gizlədə bilməyəcəklər. Bu halda cəmiyyətdə nisbətən şəffaflaşma gedə bilər. Hazırda cəmiyyətimizdə belə bir fikir var ki, hər kəs asan yolla qazanmaq istəyir. Onun üçün də bu məsələlər alınır. Bəzən elə hadisələr baş verir ki, bizim ümidlərimiz də puça çıxır. İnsanlar məhkəmələrdə haqlarını tələb edə bilmir. Bütün bunların hamısının aradan qaldırılması üçün büdcə təşkilatlarının bizneslə məşğul olmasına icazə verilməməlidir. Satınalma prosesində baş verən yeyintilər, tenderlərin keçirilməsindəki problemlərin köklü həlli üçün bütün bu müəssisələr özəl sektora verilməlidir”.
R.Nurullayev vurğuladı ki, dövlət qurumlarının bizneslə məşğul olmasına son qoyulmalıdır: “Dövlət, sadəcə olaraq, nəzarət mexanizmini həyata keçirməlidir və vergilər hesabına gəlirlərini artırmalıdır. Zavod və fabrikləri isə iş adamları açmalıdılar, azərbaycanlı iş adamları zavod və fabrik açmırlar. Çünki onların ümidi yoxdur ki, sabah gəlib kimsə əlindən almayacaq. Mən dövlətin yerinə olsam qısqanclıq etmərəm. Bir nəfər bacarıqlı bir şəxsi yaratdığım hər hansı biznes müəssisəsinin başına gətirərəm. Bütün səlahiyyəti ona verib, 10 il müddətinə 1 faizlə kredit də verərəm. Qoy 10 il qazansın, milyoner, milyarder olsun. Bizim də rəsmi milyarderimiz olsun. İş yerləri yaratsın, dövlətin borcunu da qaytarsın, vergisini də ödəsin. Əmin olaq ki, o insan real bacarığı ilə həmin müəssisəni ayaqda saxlayacaq. Amma məmur biznes yaradanda bu gün yatır, sabah yuxudan milyoner olaraq ayılır, müəssisə isə batır. Bütün bunlara qaydalara bərabər şərtlərlə əməl etmək lazımdır. Demək və danışmaqla olmur. Saflaşdırmanın əsas prinsipi odur ki, hər şey özəl sektora verilməlidir”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:23-09-2021, 08:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-09-2021, 08:54
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti