reklam
Regionxeberlericom.az » Sosial » Ev almaq üçün bankdan kredit götürən vətəndaşın evini elə bank əlindən aldı - XALQ BANK VƏTƏNDAŞI MÜFLİS ETDİ

reklam

Ev almaq üçün bankdan kredit götürən vətəndaşın evini elə bank əlindən aldı - XALQ BANK VƏTƏNDAŞI MÜFLİS ETDİ


Qax rayon sakini Təran Məmmədov Salam oğlu "Hürriyyət"ə müraciət edərək, Xalq Bankdan şikayətini dilə gətirib. Belə ki, vətəndaş 2014-cü ildə ev almaq üçün sözügedən banka müraciət edir. Bank Tərlan Məmmədova evin girovu qarşılığında 19 min manat kredit ayırır. Lakin, 2015-ci ildə devalvasiyada dolların qalxmasından sonra ödəməli olduğu məbləğin həcmi də artmış olur. Bu halda vətəndaş Tərlan Məmmədov pulu ödəmək iqtidarında olmur. Nəticədə, Xalq bank qax sakinin evini hərraca qoyaraq əlindən almış olur:

"2014-cü ildə ev almaq üçün aldığım evin girovu qarşılığında Xalq bankdan 19 min manat kredit götürdüm.Təəssüflər olsun ki, onlar bu pulu dollar ekvivalentində sənədləşdirdilər.Mən evi 32 min manata aldım. Bu məbləğin 13 min manatını aldığım şəxsə ödədim və yerdə qalan 19 min manatını girov müqabilində bank verdi. 2015-ci ildə dollar qalxdıqdan sonra da 1.05 ekvivalenti ilə ödədim. Lakin, ikinci devalvasiyadan sonra mənim maaşım aylıq kreditimin məbləğinin yarısı qədər olduğundan ödəmə qabiliyyətini itirdim. Dəfələrlə güzəşt barədə banka yazılı və şifahi müraciət etsəm də mənə heç bir güzəştə getmədilər. Nəticədə, bank evi əlimdən hərrac yolu ilə aldı. Mən banka 15 min manata yaxın kredit ödədim. Hazırda mənim ödədiyim 13 min manat ilkin ödənişim də batdı, 15 min banka ödədiyim pul da batdı, evi də əlimdən aldılar və başqasına 25 min azn-ə satdılar. Hazırda bank tərəfdən mənə 22 min manat iddia qaldırılıb. Təəssüflər olsun ki, mən yerli məhkəməni uduzdum. Hazırda iş Apellyasiya məhkəməsindədir və bundan da şansımın olmadığını şəxsən özləri söylədilər. Dəfələrlə Prezident Aparatına, Vitse-prezident Mehriban Əliyevaya və Prezident İlham Əliyevə məktub yazmışam. Cavab gəlir ki, araşdırılsın. Bank da şablon şəkildə, guya mənə güzəştə gedib mən razı olmamışam formasında cavabla hər şeyi ört-basdır edirlər. Mənim qalacağım başqa bir evim yoxdur. Yəni, bundan sonra mən 6 nəfər ailə üçün daxma düzəltməliyəm,yoxsa küçədə otura-otura haqsız yerə Xalq bankı varlandırmalıyam?..."

Tanınmış bank üzrə mütəxəssis Əkrəm Həsənov "Hürriyyət"ə deyib ki, konstitusiyamızın 19-cu maddəsinə əsasən Azərbaycanda manatdan başqa digər ödəniş vasitələri istifadə oluna bilməz. Lakin, bank mütəxəssisi Konstitusiya Məhkəməsinin 2015-ci ildə baş vermiş devalvasiyadan sonra bu kreditlərə haqq qazandırdığını vurğulayıb:

"Mən həmişə demişəm ki, Azərbaycanda xarici valyuta ilə vətəndaşlara kredit verilə bilməz. Bu konstitusiya da ziddir. Konstitusiyamızın 19-cu maddəsinə əsasən Azərbaycanda manatdan başqa digər ödəniş vasitələri istifadə oluna bilməz. Hamımız bilirik ki, Konstitusiya Məhkəməsi 2015-ci ildə devalvasiyadan sonra bu kreditlərə haqq qazandırdı. Bu tələsik bir addım oldu. Bu təəssüf ki, belədir. Ümumiyyətlə, vətəndaş nəyisə almaq üçün kredit götürübsə, kredit ona dollarla verilə bilməzdi. Bu məsələdə açıq-aşkar vətəndaşa pul dollarla verilə bilməzdi. Axı, vətəndaşa dollar lazım deyildi...Vətəndaş Azərbaycanda evi dollar ala bilməz. Konstutisiya məhkəməsi də bunu deyib. Kredit və əmanət xarici valyutayla ola bilər. Amma, nəyisə alanda ancaq milli valyutadan istifadə etmək lazımdır. Bu baxımdan, sözügedən kredit qanunsuzdur. Təəssüf ki, məhkəmələrimiz bunu da tanımır. Belə başa düşürəm ki, vətəndaşın ödənişlərində gecikmələr olub. Nəticədə, üzərinə faizlər və cərimələlər gəlib. Buna görə də ondan hazırda əlavə pul tələb edirlər. Təəssüf ki, Azərbaycanda elə bir vəziyyət yaranıb ki, məhkəmələr bankın tərəfini tuturlar. Belə bir halda vətəndaş qanun çərçivəsində heç bir addım ata bilməyəcək. Yalnız dövlətdən yardım istəyə bilər".

Məsələylə bağlı Xalq bankla əlaqə saxladıq. Bankın rəsmisi "Hürriyyət"ə açıqlamasında məsələnin araşdırılacağını qeyd edib.

QEYD: Mövzunu davam etdirəcəyik.




Paylaş:


Müəllif : Tarix:
24-09-2021, 13:14
Sikayət   


loading...
Загрузка...