Kommunal xidmət inhisardadır: - Azərbaycanda alternativ niyə yoxdur?
İstehlakçılar kommunal xidmətlərlə bağlı eyni qurumlardan istifadəyə məhkum ediliblər.
Ölkə iqtisadiyyatında kommunal xidmətlər sektoru - elektrik, su və qaz mühüm əhəmiyyətə malikdir.
Mövcud infrastrukturun təkmilləşdirilməsi və istehlakçıların fasiləsiz elektrik, su və qazla təmin edilməsi məqsədilə ölkədə bir sıra tədbirlər həyata keçirilib. Bu istiqamətdə tədbirlərdən biri kimi ölkə başçısının fərmanı ilə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib.
“Strateji Yol Xəritəsi”ndə göstərilir ki, 2025-ci il və ondan sonrakı dövr üçün kommunal xidmətlər sektoruna daxil olan elektrik enerjisi, qaz, su və istilik təchizatı istiqamətləri üzrə istehlakçıların tələblərini keyfiyyətli, səmərəli və günün tələblərinə uyğun şəkildə qarşılamaq məqsədilə bir sıra kompleks islahatların aparılması tələb olunur. Bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilsə də, hazırda kommunal xidmətlərin verilməsində istehlakçılar müəyyən problemlərlə üzləşirlər.
Belə ki, ölkədə hələ də təbii qaz xətti çəkilməyən, yanacaq kimi alternativ üsullardan istifadə edən bölgələrimiz var. Yaxud bu gün istehlakçıya istifadə etdiyi elektrik enerjisi düzgün hesablanmayaraq hələ də ödəniş üçün yüksək qiymətlər təqdim edilir. Qeyd edək ki, “Azərenerji”nin fəaliyyəti ilə bağlı sosial məsuliyyətdə bildirilir ki, “Cəmiyyət” özünü fəaliyyət göstərdiyi cəmiyyətin bir hissəsi kimi görür və hörmət, inam, düzgünlük və ədalətə əsaslanan möhkəm əlaqələr qurmaq niyyətindədir.
Hazırda kommunal xidmətlərlə bağlı müvafiq qurumlar düzgün, ədalətli xidmət təqdim edirmi? Ölkə vətəndaşları kommunal xidmətlərlə bağlı mövcud problemlərin həlli kimi alternativ variantların olmasını vacib hesab edirlər. Lakin hazırda ölkədə alternativ variantlar olmadığından vətəndaş kommunal xidmətlə bağlı ona təqdim edilən xidmət haqqını ödəməyə məcburdur.
Bu gün ölkədə mövcud təbii resurslardan səmərəli istifadə məqsədilə digər şirkətlər tərəfindən su, külək, günəş, məişət tullantılarının utilizasiyası hesabına çalışan bir sıra kiçik elektrik stansiyaları qurulsa da, onların fəaliyyəti o qədər hiss edilmir.
Niyə vətəndaşlar yalnız bir qurumun kommunal xidmətindən istifadəyə məcbur edilməlidir və istehakçılara nə üçün alternativ imkanlar yaradılmır?
İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, kommunal xidmətlər üzrə fəaliyyət göstərən şirkətlər təbii inhisarçılardır, dövlət qurumlarıdır və alternativləri yoxdur:
“Yəni Azərbaycan vətəndaşı istəsə belə, işığı, qazı, suyu başqa şirkətdən ala bilməz. Bunların alternativləri olmadığına görə, onu almağa məhkumdurlar. Dünya praktikasına baxdıqda görürük ki, alternativlərin mövcudluğu rəqabət mühitini artırır. Həmçinin, vətəndaşlara seçim imkanları yaradır və nəticədə xidmətin keyfiyyətinin yüksək olmasına səbəb olur. Azərbaycanda bununla bağlı, yaxın zamanda ciddi alternativlərin yaranması çətin görünür, ancaq mümkünsüz də deyil. Məsələn, elektrik enerjisi ilə bağlı dünyada alternativ enerji növlərindən, külək və günəş enerjisindən istifadə getdikcə artır.
Məsələn, Türkiyədə artıq 4 milyona yaxın vətəndaş ümumiyyətlə, elektrik enerjisinə pul ödəmir. Çünki günəş panelləri ilə örtülü evləri var. Yaxud bu günəş paneli öz binalarında qurulub və bütün vətəndaşlar həmin enerjidən istifadə edirlər. Bu kifayət qədər ciddi effekt yaradan amilə çevrilib. Bu istiqamətdə Azərbaycanda da buna bənzər addımlar atmaq olar. Xüsusilə də bölgələrdə, o cümlədən aran rayonlarında günəş enerjisindən istifadə etməklə vətəndaşlar öz təlabatını da ödəyə bilər, hətta artıq qalan enerjini dövlətə sata bilər.
Yəni alternativ enerji istifadəçisi olan ölkələrdə, məsələn, Türkiyədə, Çilidə belə bir praktika mövcuddur. Depolanan enerjinin xətlərə ötürülməsi ilə, hətta vətəndaş pul da qazana bilər. Ona görə hökumətin görəcəyi iş, bu istiqamətdə təşviqedici addımlar atmasıdır. Hər bir vətəndaş alternativ enerjiyə keçid etmək istəyirsə, ən azı, başqa köməkləri olmasa belə, dövlət xətti ilə faizsiz kreditlər təqdim edilməlidir. Bir çox ölkələrdə də bu praktika var. Vətəndaş günəş panelləri ilə öz evini, təminatını reallaşdıracaq və yığılan enerjinin xətlərə ötürülməsi, əks sayğacın quraşdırılması ilə dövlətə sata bilməsi ona həm də stimul verəcək”.
Ekspert deyir ki, təbii qazın verilməsi ilə bağlı vəziyyət bir qədər çətindir:
“Çünki qazın infrastrukturu boru xətləri olduğuna görə, kifayət qədər əlavə şirkətlərin bazara daxil olması real görünmür. Əlavə xətlər çəkilməlidir, kifayət qədər investisiyalar yatırılmalıdır və düşünmürəm ki, yaxın gələcəkdə bununla bağlı addımlar atılması mümkün olsun. Ancaq bu istiqamətdə nə baş verə bilər? Qaz təminatının, paylayıcı şirkətlərin özəlləşdirilməsi mümkündür. Yəni qazın hansısa bir rayonda paylanması özəl şirkətlər tərəfindən həyata keçirilə bilər ki, bu alternativ seçim imkanı olmasa da ən azından müqavilə imkanlarını genişləndirəcək.
İndiki müqavilələr tipik müqavilələrdir və vətəndaş həmişə “haqsızdır”, çünki dövlət şirkəti ilə üz-üzə qalıb. Ancaq özəl şirkətlər olsa, fərdi müqavilələr bağlanacaq və əgər qaz kəsilərsə, vətəndaşa bununla bağlı diskamfort yaranırsa, ziyan dəyirsə onun əvəzi ödənilir. Bu, dünyanın hər yerində belədir. Su təchizatını da özəl şirkətlərə həvalə etmək, yaxud uzunmüddətli icarəyə vermək mümkündür. Təbii ki, mövcud vəziyyətlə bağlı alternativ çıxış yolları var. Ancaq indiki sistemdə, hazırkı idarəetmə formasında bizim seçim hüquqlarımız sıfıra yaxındır. Alternativ seçim imkanlarımız yoxdur”.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-09-2021, 14:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-09-2021, 14:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09