reklam
Regionxeberlericom.az » Sosial » Deputatdan maraqlı təklif: - “Nuru Paşa parkı salınsın”

reklam

Deputatdan maraqlı təklif: - “Nuru Paşa parkı salınsın”



Müxtəlif vaxtlarda Bakıda Cümhuriyyət parkının yaradılması müzakirə mövzusu olub.

Bu mövzu 2018-ci ildə, Cümhuriyyətin elan olunmasının 100 illiyində gündəmə gəlib.

Xatırlada ki, Milli Məclisin Mədəniyyət Komitəsinin 29 yanvar 2018-ci ildə keçirilən iclasında, ölkəmizdə Cümhuriyyət parkının salınması və həmin parkda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında rolu olan şəxslərin abidələrinin ucaldılmasının vacibliyi vurğulanıb.
"525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə keçmiş "26-lar bağı”nın "Cümhuriyyət parkı” adlandırılmasını təklif edib.

Üstündən uzun zaman keçməsinə baxmayaraq, hələ də bu adda park salınmayıb. Səslənən fikir və təkliflər elə öz statusunda qalmaqdadır. Bu təklif illərdi qərara, qanuna çevrilə bilməyib.

Mövzu ilə bağlı Cebhe.info-ya danışan millət vəkili Fazil Mustafa verilən təkliflərin hamısının gerçəklənməsinin mümkün olmadığını deyib:

“Parlamentdə müxtəlif təkliflər verilir, bunlar artıq təklif olmaqdan çıxır, texniki məsələyə çevrilir. Fakt alınması zərurətdirsə, bunu nəzərə almalıdırlar. Amma hər bir təklifin gerçəklənməsi deyə bir tələb, qayda yoxdur. Ümumiyyətlə, adlar altında müxtəlif parkların salınması yaxşı bir haldır. Amma bu bir təklif formasında deyilibsə, bunun gerçəkləşməsi də dərhal gözlənilən deyil. Yəni bunu konkretləşdirmək lazımdır, harada, necə, hansı qurum bunu etməlidir, bunlar hələ bəlli deyil. Təklif kimi yaxşı təklifdir. Lakin gerçəkləşməsi ilə bağlı hansısa tələb və israr olmalıdır ki, bu istiqamətdə bir dəstək vermək mümkün olsun”.

Millət vəkili hesab edir ki, “26-lar bağı”-nın yerində Nuru Paşa parkı salınmalıdır:
““26-lar bağı”-nın yerində Nuru Paşa parkının salınmasına üstünlük verərdim. Çünki Cümhuriyyət adına bizdə çox yerlər var. İstənilən yerdə yeni bir park salıb Cümhuriyyət parkı elan eləmək olar. Amma “26-lar bağı”-nın yerində Nuru Paşanın heykəlinin qoyulmasını məqsədəuyğun hesab edirəm”.


Paylaş:


Müəllif : Tarix:
24-09-2021, 15:09
Sikayət   


loading...
Загрузка...