Səhiyyə Naziri postu uğrunda SAVAŞ... - KİMLƏR MEYDANDADIR?
Məlumdur ki, bir nazir, yaxud komitə sədri vəzifəsi boşalanda xeyli sayda namizəd o kreslo uğrunda ölüm-dirim savaşına çıxır.
Bu bədbəxtlər unudur ki, nazir vəzifəsinə təyinat Prezidentin müstəsna səlahiyyətində olan məsələdir. Yəni sən özünü nə qədər dağa-daşa vursan da, son sözü ölkə başıçısı deyəcək.
Sözümüzün canı odur ki, Oqtay Əsədovdan sonra boş qalan səhiyyə naziri postu uğrunda İctimai Tibbi Sığorta Agentliyinin rəhbəri Zaur Əliyev, ötən yazıda qeyd etdiyimiz kimi deputat-həkim Rəşad Mahmudov və digərləri arasında yarış gedir.
İlk öncə onu qeyd edək ki, Zaur Əliyev neçə ildir ki, ona göstərilən etimadı doğrultmadı. Nəinki, icbari tibbi sığortanı təşkil edə bilmədi, hətta ömürlük xəstələrə dövlət tərəfindən ayrılan dərmanları sataraq cibinə qoydu. Yəni dövlətin ümidinə qalan xəstələri talehin ümidinə buraxdı.
Ancaq bütün bunlara baxmayaraq səhiyyə naziri olmaq iddiasından bir qarış da olsun geri çəkilmək istəmədi.
Hətta bu yolda TƏBİB-in sabiq rəhbəri Ramin Bayramlını özünə real rəqib hesab edərək onun barəsində mətbuata müxtəlif dezinformasiyalar, donoslar göndərdi.
Zaur Əliyev hesab edirdi ki, sözün hər mənasında səhiyyə naziri olmaq yolunda Ramin Bayramlı ona ciddi maneədir. Ona görə də Zaur Əliyev bütün maddi və digər resurslarını işə salaraq Ramin Bayramlını zərərsizləşdirə bildi.
Bir daha təkrar edirik ki, Zaur Əliyev bütün mənəvi dəyərləri tapdalayaraq Ramin Bayramlını cəmiyyətin və rəhbərliyin gözündən salmağa çalışırdı. O, buna qismən nail ola bildi.
İndi isə Zaur Əliyev başqa bir yekə namizədlə üz-üzə qalıb.
Söhbət həkim-deputat Rəşad Mahmudovdan gedir.
Cənab deputatın da könlündən səhiyyə naziri olmaq keçir. Özü də çox ciddi şəkildə. Ona görə hazırda nazir olmaq uğrunda dava Zaur Əliyevlə deputat arasında gedəcək.
Rəşad Mahmudov da az təcrübəli deyil, o da mətbuatla işləməyi bacarır.
Yəqin ki, yaxın günlərdə hər iki tərəfin “dezinformasiya”larının şahidi olacağıq.
Ancaq cəmiyyət hər iki namizədi pis nümunə kimi tanıyır.
Zaur Əliyev ömürlük xəstələrin dərman puluna tamah salır. Doktor Rəşad Mahmudov isə bir uşağın əməliyyatına görə, 9 min pul alaraq uşağı bayıra atır. Ötən yazıda qeyd etdiyimiz kimi, doktorun qoyduğu diaqnozlara Türkiyədə həkimlər gülməkdən bayılır.
Yəni hər iki namizəd nazir postuna layiq deyillər.
Vallah bunlara baxanda Ramin Bayramlı daha abırlı adamdır. Və daha doğru-düzgün yolu seçdi.
Ona görə də üzümüzü Zaur Əliyevə və həkim-deputat Rəşad Mahmudova tutaraq deyirik ki, Ramin Bayramlıdan nümumə götürün və bu yersiz iddianızdan əl çəkin. //gundelik-baku.com//
Paylaş:
Müəllif : Yazar
Tarix:28-09-2021, 16:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-09-2021, 16:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti