AMEA-da yarım milyonluq şübhəli tender - Borclu olan MMC necə qalib elan edilib?
Azərbaycan Milli Elmlər Akadeiyasının nəzdində fəaliyyət göstərən elmi təşkilatların və digər qurumların sifarişçi olduqları dövlət satınalmlarında baş verən qanunsuz hallar barədə dəfələrlə yazılıb.
Azərbaycan MEA-da daha bir şübhəli tenderə İşlər İdarəi "imza" atıb. Belə ki, İşlər İdarəsi 2021-ci ilin sentyabr ayının 20-də "Abşeron rayonunun Saray qəsəbəsində inşa edilən "Alimlər şəhərciyi” (Science City) yaşayış kompleksində çoxmərtəbəli çoxmənzilli yaşayış binaları üçün su və kanalizasiya xətlərinin çəkilməsinin satınalınması" lotu üzrə yekun vurduğu tender Dövlət Satınalmaları Haqqında Qanunun tələblərinə cavab vermir.
Satınalmada iddiaçı qismində iştirak edən təşkilatın tender komissiyasına təqdim etdiyi sənədlərdən biri də vergi borcunun olmaması barədə müvafiq qurumdan aldığı arayışdır.
Tenderin qalibi elan edilən "Ruslan Təmir-tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırda dövlətə 32.826 manat vergi borcu var.
Dövlət büdcəsinə külli miqdarda borcu olan bir şirkətin AMEA-nın İşlər İdarəsinin 498.356 manatlıq tenderinin qalibi elan edilməsi ortaya tenderin formal olaraq keçirildiyi və ya təqdim edilən arayışın saxta olduğu kimi çox ciddi suallar çıxarır.
"Ruslan Təmir-tikinti” 2006-cı ildə təsis edilib. On manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Həsənov Murad Çərkəz oğludur.
Şirkətin maddi-texniki bazası, mühəndis və işçi heyəti və fəaliyyət profili barədə heç bir mılumat verilmir.
AMEA-nın İşlər İdarəsinin müdiri Fikrət Əliyevdir.
Fikrət Əliyevin AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəninin qardaşı olduğu deyilir.
Mənbə: Qlobal.az
Paylaş:
Müəllif : Yazar
Tarix:29-09-2021, 09:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-09-2021, 09:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti