Dost İş Mərkəzində iş üstündə qanlı dava — İşçilərin cinayətinin şok təfərrüatı
Gədəbəy şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dost İş Mərkəzində bağban işləyən 1990-cı il təvəllüdlü Vüqar iş yoldaşı Raufa qarşı cinayət törətdib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Vüqar bu ilin martın 3-də, saat 15 radələrində Gədəbəy şəhəri, Heydər Əliyev prospektində yerləşən “Pürrəngi” çay evinin qarşısındakı bulağın kənarının buzunu təmizləyən zaman iş yoldaşı Rauf ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə yaranıb.
Vüqar mübahisə və münaqişə zamanı Raufu əlində olan qar təmizlədiyi kürəklə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. İstintaq orqanı tərəfindən Vüqarın barəsində Cinayət Məəcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə Gədəbəy şəhəri, Sabirküçəsi ev 84-də yaşayır: “Zərərçəkmiş Raufu tanıyıram. Onunla birlikdə Gədəbəy rayon Dost İş Mərkəzində işləyirik. Mən bağban, Rauf isə zibilyığan maşınında fəhlə işləyir. Əvvəllər aramızda düşmənçilik və ədavət olmayıb”. Təqsirləndirilən şəxsin sözlərinə görə, martın 3-də , səhər saatlarında Dost İş Mərkəzinin rəisi Əkbər müəllimin xidməti iş otağında olan zaman Rauf əli ilə onu göstərib və 20 gün ərzində niyə işə çıxmadığını soruşub: “Mən səhhətimdə problem olduğuna görə 20 gün ərzində bulletendə olduğumu bildirdim. Həmin vaxt Rauf başqa heç nə demədi. Lakin dəhlizdə ondan niyə belə hərəkət etdiyini soruşdum. Rauf isə nalayiq ifadələrlə cavab verərək, yaxşı etdiyini bildirdi”.
Vüqar qeyd edib ki, günorta fasiləsindən sonra Gədəbəy şəhəri, Heydər Əliyev prospektində yerləşən “Pürrəngi” çay evinin qarşısında şəhidin adına çəkilmiş ehsan bulağının ətrafının buzunu təmizləyərkən Rauf Nəcməddin, Mehdi, Rasim, Reybə, Ulduz adlı işçilərlə ora gəlib: “Qadınlar, Mehdi və Rasim bizim yanımızda dayanmadan yolboyu səkini qardan təmizləyə-təmizləyə getdilər. Həmin yerdə mənimıə birlikdə Raufla Nəcməddin adlı şəxs qaldı. Təxminən 5 dəqiqə sonra Nəcməddin bizim yanımızdan uzaqlaşdı, siqaret almaq üçün mağazaya getdi. Həmin yerdə Raufla tək qaldım. Xeyli ərazinin buzunu qırdıqdan sonra əlimdəki beli Raufa uzatdım və biraz da onun işləməsini tələb etdim. Rauf nalayiq söyüşlər söyərək beli mənə tərəf atdı. Həmin vaxt əsəbləşdim, xəbərçilik etməkdən başqa əlindən heçnə gəlmir deyərək, işimə davam etdim. Rauf nalayiq söyüşlər söydü, divara söykədiyi qar təmizlədiyi kürəklə iki dəfə başıma, iki dəfə də belimə zərbə endirdi. Geriyə çevrilən zaman Raufun yenə kürəklə məni vurmaq istədiyini gördüm. Onu geri itələdim, çayxananın qapısına vurdum. Rauf yenidən üstümə gələn zaman sifət nayihəsinə bir yumruq zərbəsi vurdum. Sonra Raufun burnundan qan axdığını gördüm, öz dəsmalımı ona verərək həkimə aparmağı təklif etdim. Rauf mənimlə razılaşmadan dairəvi yol yaxınlığında xidmət aparan polis əməkdaşlarına tərəf getdi. Raufun məndən şikayət edəcəyini düşündüm, Gədəbəy rayon polis şöbəsinə gəldim”. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Rauf bildirib ki, Gədəbəy rayonu, Qumlu yaşayış massivində yaşayır: “Təqsirləndirilən Vüqarı tanıyıram. Gədəbəy rayon Dost İş Mərkəzində birlikdə fəhlə işləyirik.
Əvvəllər aramızda düşmənçilik və ədavət olmayıb. Martın 3-də, səhər saatlarında iş yerləri bölündükdən sonra Vüqarla birlikdə əraziləri qardan təmizləməyə başladıq. Təxminən saat 15 radələrində Gədəbəy şəhəri, Rəsulzadə küçəsində köhnə bazar yaxınlığında Cumalı adlı şəxsin obyektinin qarşını qardan təmizləyən zaman Vüqar mənə yaxınlışdı, nalayiq ifadələrlə adam xəbərçi olmaz dedi. Guya fəhlələr arasında Vüqarın işləmədiyini demişəm. Vüqara belə bir söz demədiyimi bildirdim. Vüqar həmin vaxt burnumun üstündən yumruqla vurdu, sonra oradan qaçdı. Əlim ilə burnumu tutan zaman burnumdan qan gəldiyini gördüm. Dərhal Gədəbəy şəhəri dairəvi yol adlanan yerə getdim, orada xidmət aparan polis əməkdaşlarına bu barədə məlumat verdim. Vüqarı söyməmişəm və kürəklə vurmamışam”. Zərərçəkmiş qeyd edib ki, təqsirləndirilən şəxs onun müalicəsi ilə əlaqədar çəkdiyi xərcləri ödəməyib. Bildirib ki, onlar barışmayıblar və bu səbəbdən təqsirləndirlən şəxsdən şikayətçidir. Gədəbəy rayon Məhkəməsinin hökmü ilə Vüqar 1 il müddətə azadlığın məhdulaşdırılması cəzasına məhkum edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-10-2021, 12:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:4-10-2021, 12:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39
Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - “İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur”
22-11-2024, 15:36