Təhsil nazirinə sərt etiraz: - “Hanı sənin məktəblərin ki, 5 yaşda uşaq göndərirsən?"
"Düşünürəm ki, qarşımızda duran çağırışlardan biri uşaqların məktəbə başlama yaşıdır.
Zənnimcə, hələ də gecdir, çünki 6 yaşda başlayırıq. Məktəbə başlama yaşının azaldılmasına çalışmalıyıq ki, uşaqlar mümkün qədər erkən yaşlarında öyrənməyə başlasınlar".
Bunu təhsil naziri Emin Əmrullayev bildirib.
Yeni təklifə görə, uşaqlar ibtidai sinfə 5 yaşında getməlidirlər. Qeyd edək ki, uşaqların məktəbə başlama yaşının 5 yaşa endirilməsi ilə bağlı nazirin fikri icimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayıb.
Uşaqlar 5 yaşda məktəbə getməsinə onların zehni qabiliyyəti və psixoloji vəziyyəti hazır olacaqmı?
Təhsil eksperti Nabatəli Qulamoğlu Cebhe.info-ya bildirdi ki, belə bir bəyanatın təhsil nazirinin dilindən səslənməsinə təəccüblənirəm:
“Ona görə ki, nazirin dilindən səslənən bir sıra bəyanatları təqdir etmişəm. Ancaq bu fikirlə qəti razı deyiləm. Ümumiyyətlə, uşaqların psixoloji durumu o səviyyədə deyil. Başqa millətlərlə müqayisə etdikdə bizdə uşaqların erkən yaşda zehni formalaşmır. Elə ölkələr var ki, uşaqların həm fizionomiyası, həm fizikası erkən yaşda formalaşır. Məsələn, Ukraynada qızların evlilik yaş həddi 17-18 yaşdırsa, bizdə buna icazə verilmir. Çünki onlarda fizioloji proses yaşa görə daha irəli gedir. Uşaqların zehni qabiliyyəti, fizionomiyasını müqayisə etməyə ehtiyac yoxdur. Dünyada yəhudilərdən dərrakəli, zehni cəhətdən inkişaf etmiş bir millət yoxdur.
Ancaq onlarda uşaqlar məktəbə 6 yaşdan tez getmir. Bizimkilər istəyirlər ki, Azərbaycan məktəbini poliqona çevirsinlər. Söz tapa bilmirlərsə, heç olmasa sussunlar. Digər tərəfdən, Emin Əmrullayev təhsil alan şagirdlərin oxuması üçün onların təchizatını təmin edib? Necə 5 yaşından uşaqları məktəbə göndərirlər ki, hər sinifdə 42 şagird var. Bir sinifində 42 şagird olan ölkədə 5 yaşında məkətəbə uşaq gedər? Hanı sənin məktəblərin ki, 5 yaşda uşaq göndərirsən? Mən qətiyyətlə nazirin bu bəyanatını pisləyirəm və xahiş edirəm ki, bundan sonra bəyanat verəndə bir az diqqətli olsun, ehtiyatlı sözlərdən istifadə eləsin. Belə bəyanatdandan utandım”.
Psixoloq Fatimə Bayramova isə bildirdi ki, adətən, 3-6 yaş uşaqların oyun fəaliyyəti dövrü kimi qəbul olunur:
“Amma bu rəqəmlər konkret deyil. Yəni uşaqların idrak fəaliyyəti müxtəlifdir. Kimisi 5 yaşdan təlimə hazır olduğu halda, kimisi 7 yaşdan hazır olur. 5 yaşdan təlimə başlamaq mümkündür. Lakin hər bir uşağın fərdi - psixoloji xüsusiyyətlərini analiz etməklə ola bilər. Bəzən olur ki, uşaq nəinki 5 yaş, hətta 6 yaşda belə məktəbə hazır olmur. Bu da geriləmə sayılmır. Uşaq psixoloqları bəlli metodikalarla onların idrak fəaliyyətinin məktəb təliminə hazır olub olmadığını yoxlayır. Əgər uyğundursa 2-ci əmək fəaliyyəti olan təlim fəaliyyətinə başlamalarına icazə verilir. Ən məşhur məktəbəhazırlıq testi "Metropolitan" testidir.
Təlimatına nəzər yetirsək, 5 yaşdan nəzərə alınır. Yəni, məntiqlə uşaq məktəb təliminə başlaya bilər. Amma uşağın, psixi durumu, idrak fəaliyyəti, oyun fəaliyyətindən əmək fəaliyyətinə keçid zamanı heç bir sıxıntı çəkməzsə 5 yaşdan təlimə başlamaq mümkündür. Yaxşı olar ki, hər bir valideyn tələsməsin, əgər 5 yaşdan təlimə başlamaq istəyirlərsə, məktəbə hazır olub-olmadığını mütəxəssislərlə birgə təhlil etsinlər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-10-2021, 13:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-10-2021, 13:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
Bu gün, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50