reklam
Regionxeberlericom.az » Sosial » Siniflər qapadılır: Şagirdlər kütləvi peyvəndlənəcək? - NƏ BAŞ VERİR?

reklam

Siniflər qapadılır: Şagirdlər kütləvi peyvəndlənəcək? - NƏ BAŞ VERİR?



Xəbər verdiyimiz kimi, Bakıda iki məktəbin şagirdləri arasında koronavirusa yoluxma faktları olduğundan bir neçə sinif distant təhsilə keçib.

Tahir Həsənov adına 23 nömrəli məktəbin üç sinfində şagirdlərin COVID-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub. Oxşar hadisə “Baku-Oxford School”da da qeydə alınıb. Belə ki, həmin təhsil ocağında da yoluxma səbəbindən bir sinif distant təhsilə keçib. Qeyd edək ki, bundan əvvəl 162 nömrəli tam orta məktəbin 8 "ç" sinfində 3 şagirdin COVID-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

Hər üç təhsil müəssisəsində əyani təhsil davam edir. Bakıda artıq bir neçə məktəbin siniflərinin distant tədrisə keçilməsini nəzərə alsaq, ümumilikdə məktəblilər virusa qarşı mübarizə tədbiri çərçivəsində peyvəndlənə bilərmi?

Bununla bağlı Cebhe.info-ya Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Kamilə Əliyeva danışıb. Deputat sözügedən yaş qrupu arasında müvafiq tibbi göstərişi olan uşaqların peyvəndlənməsinin də məcburi olmadığını deyib:

“Deyildiyi kimi, uşaqlar arasında koronavirusa yoluxma halları baş verdiyinə görə bəzi məktəblərin sinifləri distant tədrisə keçməklə müvəqqəti bağlanır. 12-15 yaş arası uşaqlara hər iki valideynin icazəsi olaraq “Pfizer” vaksini vurulmasına icazə verildi. Peyvənd yaşı endirilən uşaqların yalnız Bakı Sağlamlıq Mərkəzində peyvəndlənməsi tövsiyə edildi. Bu, əlbəttə ki, məcburi deyil. Mənə elə gəlir ki, hazırda və indiki yoluxma rəqəmləri ilə digər məktəblilərin peyvəndlənməsinə ehtiyac yoxdur”.

Deputat deyir ki, məktəblərdə koronavirusun yayılması kütləvi xarakter daşımır: “Az sayda məktəblərin siniflərində belə hallara rast gəlinir. Belə olduğu halda siniflər qapanmaya gedilir, onlayn təhsilə keçilir”.

Kamilə Əliyeva əlavə edib ki, yaxın gələcəkdə bizi təhlükə gözləmədiyinə görə məktəblilərin kütləvi peyvəndlənməsinə hələlik ehtiyac duyulmur və bu addım fərdi xarakter daşıyır.



Paylaş:


Müəllif : Tarix:
6-10-2021, 17:31
Sikayət   


loading...
Загрузка...