reklam
Regionxeberlericom.az » Sosial » Daşkəsəndə QOÇU PEYDA OLUB... - ÖZBAŞINALIQ!

reklam

Daşkəsəndə QOÇU PEYDA OLUB... - ÖZBAŞINALIQ!



Son günlər əksər vətəndaşlara yerli mobil operator nömrəsindən özünü bankın nümayəndəsi kimi təqdim edən şəxs tərəfindən mesaj gələrək bank hesabında aşkarlanan problemə görə kartın nömrəsi və PİN kodunu istəyirlər. Bəziləri bu mesaja inanaraq şəxsi məlumatlarını qarşı tərəfə ötürürlər və nəticədə kart hesablarından vəsait oğurlanır. Aldanan vətəndaşların şimayətinə görə, bu fırıldaqçılıqda daha çox “Kapital” bankın adından istifadə olunur.


Mövzu ilə bağlı hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında bildirib ki, sözügedən məsələdə əsas günahkarın vətəndaşların özlərinin olması təəssüf doğurur:

“Yaxşı olardı ki, banklar da maarrifləndirmə işləri aparsınlar. Vətəndaş bilməlidir ki, bank heç vaxt telefonla müştəridən şəxsi məlumat istəməz. Dünyanın heç bir ölkəsində bu praktika mövcud deyil. Bank telefonla müştəriyə məlumat verə bilər, amma müştərisindən məlumat istəyə bilməz. Əgər kimsə bank adından zəng edib məlumat istəyirsə, o şəxs dələduzdur. Bu məsələdə bankın vətəndaşı qoruması çətindir. Vətəndaş özü ehtiyatlı davranmalıdır. Ümumilikdə, vətəndaşların bu şəkildə rahatlıqla aldadılması ekspertlərin, bankların və kütləvi informasiya vasitələrinin günahıdır. Çünki maarrifləndirmə işləri aparılmır”.


Paylaş:


Müəllif : Tarix:
8-10-2021, 10:37
Sikayət   


loading...
Загрузка...