reklam
Regionxeberlericom.az » Sosial » “Bu günkü dərsliklər şagirdlər üçün yox, müəllimlər üçün yazılır” - ETİRAZ

reklam

“Bu günkü dərsliklər şagirdlər üçün yox, müəllimlər üçün yazılır” - ETİRAZ



Məktəb dərslikləri ilə bağlı narazılıqlar səngimək bilmir. Xüsusilə də valideynlər dərsliklərdə informasiya yükünün ağırlığından şikayət edirlər. Bəs görəsən, ibtidai siniflərin məktəb dərslikləri günümüzlə ayaqlaşırmı?

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, bu gün orta məktəblərin ibtidai siniflərində tədris proqramı kifayət qədər ağırdır, illər ötsə də bu yüngülləşmir: “Hazırda orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş dərs vəsaitləri və kitabları qavramaq, dərk etmək 6-17 yaşında olan insanın beyninə görə deyil. İstifadə olunan kitabların proqramlaşdırılmasından belə məntiq çıxır ki, ilin sonunda məzun olmuş hər şagirdin elmi dərəcəsi olmalıdır. Çünki onlar demək olar ki, bakalavr, magistr pilləsində keçirilən eyni mövzuları mənimsəyiblər”.

Təhsil eksperti hesab edir ki, bu gün dərsliklər şagirdlər üçün yox, müəllimlər üçün yazılır: “Çünki bu kitabları müəllimlər özü güclə qavrayıb başa düşür, o ki qaldı, şagirdlər. İbtidai sinifdə şagirdləri onlara lazım olmayan informasiya ilə yükləyirik. Hesab edirəm ki, ibtidai siniflərin proqramı ciddi şəkildə sadələşdirilməli, informasiya yükü azaldılmalıdır”.


Paylaş:


Müəllif : Tarix:
8-10-2021, 13:32
Sikayət   


loading...
Загрузка...