reklam
Regionxeberlericom.az » Sosial » Saatlıda yaşam üçün İBTİDAİ ŞƏRTLƏR... - GİLEY

reklam

Saatlıda yaşam üçün İBTİDAİ ŞƏRTLƏR... - GİLEY


Havaların kəskin dəyişməsi, yağan yağışlar 15 ailədə olan şagirdin məktəbə gediş-gəlişini çətinləşdirib.

“Qafqazinfo” xəbər verir ki, söhbət Saatlı rayonunun Qara Nuru kəndində yeni yaşayış massivinin bir küçəsindən gedir. Həmin küçənin sakinlərinin gileyini dilə gətirən Nəcəfova Cəmilə Heydər qızıdır. O, bildirir ki, burada yaşayan gənc ailələrin hamısı yay fəslində tarlada günəmuzd əməklə çalışır. Qalan fəsillərdə də digər təsərrüfat işlərində çalışırlar ki, dolanışıqlarını təmin etsinlər:

"Yeni yaşayış massivində bizim küçə salınandan yolla bağlı heç bir iş görülməyib. Övladlarımız uzaq məsafədə məktəbə getməkdə çətinlik çəkir, bəziləri isə ümümiyyətlə getmir. Yağış yağanda at arabası ilə uşaqları məktəbə aparırıq. Çətinliklə bağlı icra hakimiyyətinə şikayətə gedəcəyimizi deyəndə, sabiq icra nümayyəndəsi bizi hədələdi ki, sizi şərləyib tutduracam. Bundan sonra çoxu qorxusundan heç bu haqda danışmır"

Sakinlərin yol problemi ilə bağlı sözügedən kəndin bələdiyyəsi ilə də əlaqdə saxladıq. Bələdiyyə sədri Kamil Ağayev “Qafqazinfo”ya açıqlamasında bildirdi ki, 8 minə yaxın əhalisi olan kənddə 141 küçə var:

"Daxili imkanlarımız, daha dəqiq desək, küçə sakinlərindən toplanan vergi pulu hesabına narahatlıq olan küçələri qumlayırıq. Yəni, hər hansı küçədən vergi pulu kimi toplanan vəsait həmin küçənin ehtiyaclarına xərcləriyirik. Əlavə imkanımız da da yoxdur ki, həmin küçəni də düzəldək. Burada yaşayan ailələrin demək olar ki, hamısı vergilərini vermir. Hətta, bəziləri bələdiyyə yaranandan vergi vermir”.





Paylaş:


Müəllif : Tarix:
11-10-2021, 08:32
Sikayət   


loading...
Загрузка...