"Mənə dəyən ziyan tam ödənilmədi" - "Atəşgah" Sığortadan daha bir şikayət
Bakı sakini Farid Xalıqlı "Atəşgah" Sığorta şirkətindən şikayətçidir.
Bu barədə Arqument.Az-a şikayətçi özü məlumat verib.
O bildirib ki, 31.08.2021-ci il tarixdə, saat təxminən 17:10 radələrində Lənkəran şəhərində ona məxsus 90-CY-042 nömrə nişanlı "Ford Focus" markalı avtomobil 99-HG-066 nömrəli "Ford Fusion" markalı avtomobil tərəfindən vurulub.
Hadisə ilə bağlı polisə məlumat verilsə də, qəzanı törədən şəxs hadisə yerindən qaçıb. Bundan sonra polis həmin şəxsi saxlayaraq, şöbəyə gətirib və akt tərtib olunub.
Məlum olub ki, hadisə nəticəsində Farid Xalıqlıya məxsus avtomobilin qabaq buferinin sağ hissəsi, sağ tərəfin arxa qapısı, sağ tərəfin aşağı "poduşka"sının qabaq hissəsi və. s ciddi ziyan dəyib.
Xalıqlı deyir ki, maşının yan tərəfi yararsız hala düşüb.
Onun sözlərinə görə, qarşı tərəfin idarə etdiyi avtomobil "Atəşgah" Sığorta şirkətində icbari sığortada olub.
"Avtomobilə dəyən ziyan Lənkəranda müstəqil ekspert tərəfindən qiymətləndirildi və məlum oldu ki, mənə 4390 manat ziyan dəyib. Bununla bağlı möhürlü sənədi də mənə verdilər və həmin sənədi polisə təqdim etdim. Surətini isə "Atəşgah" Sığorta şirkətinə göndərdim. Amma şirkətdən mənə ilkin olaraq 1300 manat ziyan hesablanmışdı. Bununla razılaşmadım və ərizə ilə müraciət edib müstəqil ekspert tələb etdim. Mənə 3 müstəqil ekspert tövsiyə etdilər. Mən də onlardan birini seçdim. Amma həmin şəxs sənədin surəti mənə vermədi və şirkətə göndərdiyini dedi. İndi bəlli olub ki, guya mənə dəyən ziyan 2465 manat olub. Mən buna etiraz etsəm də, şirkət nəzərə almadı və mənə 2465 manat vəsait ödədi. Mən heç bir sənədə imza atmadım və həmin vəsaiti almağa məcburi şəkildə razılaşdım", - Fərid Xalıqlı belə deyir.
Müstəqil ekspertin rəyi
Şirkətdən şikayətçi olduğunu deyən vətəndaş bununla bağlı məhkəməyə müraciət edəcəyini deyir: "İndi şirkət deyə bilər ki, guya mən razılaşmışam. Mən onlardan soruşdum ki, başqa variantım varmı? Dedilər, yoxdur. Bu proses ümumlikdə 37 gün çəkdi. Gördüm ki, pul vermirlər, maşını təmir edən usta da pulunu tələb edir, çünki əlavə detallar alınıb. Əlacsız qalıb pulun bir hissəsini aldım ki, ustaya ödəyim. Amma bu məsələni hüquqi müstəvidə davam etdirəyəcəm, çünki mənə verilən rəsmi sənədlər ortadadır".
Şirkətin tövsiyə etdiyi ekspertin rəyi
"Arqument.az" şikayətlə bağlı "Atəşgah" Sığorta şirkətinə müraciət edib.
Şirkətdən bildiriblər ki, bu sahəyə məsul şəxslər saytın sorğusunu cavablandıracaqlar. Lakin müraciətdən 15 gündən artıq vaxt keçməsinə baxmayaraq, "Atəşgah" Sığorta sorğuya heç bir cavab verməyib.
Arqument.az hadisənin videogörüntüsünü təqdim edir:
Paylaş:
Müəllif : Fuad
Tarix:11-10-2021, 08:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:11-10-2021, 08:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti