reklam
Regionxeberlericom.az » Sosial » Gənc başçı da bu məmuru GÖRMÜR? - İDDİA

reklam

Gənc başçı da bu məmuru GÖRMÜR? - İDDİA



İsmayıllı rayonundan Azərinfo.az saytına maraqlı məlumat daxil olub.Mənbə qeyd edir ki, vaxtı ilə bu idarədə işləyib və rəis Fazil Həsənovun qanunsuz əməllərinə etiraz etdiyi üçün daim təzyiq və şantajla üzləşib.
Nəhayətdə mən həmin idarədən getdim.Ancaq uzun illərdir ki, idarənin fəaliyyəti ilə, şəxsən rəis Fazil Həsənovun fəaliyyəti ilə maraqlanıram.Bu adam idarəni şəxsi təsərrüfatı kimi istifadə edir.Dövlət tərəfindən bu müəssisəyə il boyu milyonlarla maliyyə vəsaitləri ayrılır.Fazil Həsənov peşəkar saxtakarlıq nümünəsi ilə bütün respublika suvarma sistemləri idarələrinə örnək ola bilər və bu sahədə onlara mühazirələr oxuya bilər.
İsmayıllı ərazisində bütün çaylarda bənd bərkitmə işlərində müdhış saxtakarlığa yol verilib və bu gün də davam edir.Görülən işlərin keyfiyyəti aşağı,ancaq yazılaraq mənimsənilən maliyyə vəsaitləri daha çoxdur.Talıstan, və sair yerlərdə yalandan tikilən nasosların heç biri işlək vəziyyətdə deyil.Ümumiyyətlə, suvarma üçün nəzərdə tutulan xətlərin hamısı zaman-zaman sökülərək satılıb.


İdarəyə texnika üçün ayrılan ehtiyat hissələri, sürtgü materialları ayrı-ayrı "zapçast" mağazalarında satılır.Ucar rayonundan bazadan hər ay idarəyə dövlət tərəfindən ayrılan yanacağın böyük hissəsi satılır və nağdlaşdırma yolu ilə mənimsənilir.İdarəyə dövlət tərəfindən verilmiş texnikaların satıldığı,köhnələrin təzə kimi sənədləşdirildiyi də ciddi şübhələr doğurur.Fazil Həsənov bu əməliyyatı tək deyil,baş idarədəki hamilərinin köməkliyi ilə həyata keçirir.
İdarənin bütün texnikaları ayrı-ayrı yerlərdə aylıq arendaya verilir.Axşamlar idarənin qarajında bir dənə də olsun texnikaya rast gəlmək mümkün deyil.
Rayon ərazisində görüləcək işlər üçün ayrılan sement və sair tikinti materialları,dəmir konstruksiyalar rəis Fazil Həsənovun yaxın qohumu olan şəxsin tikinti materiallarının satışı mərkəzində satılır.Fazil Həsənov uzun illər ərzində bu sektordan əldə etdiyi vəsaitləri İsmayıllıda deyil, Bakı şəhərində daşınmaz əmlak ilə əvəzləyib.Oğluna heç bir təhsil almadan universitetin diplomunu alıb və hazırda İsmayıllı rayon polis idarəsində işləyir.
Əgər dövlət qurumları uzun illər ərzində bu idarəyə ayrılan maliyyə vəsaitlərinin yoxlamasını həyata keçirsələr onda nələrin ortaya çıxacağının şahidi olacaqlar.Xeyli sayda texnikalar silinərək satılıb.Ümumiyyətlə,saxta statistika sahəsində bu idarə və Fazil Həsənov ölkəmizdə ulduz sayılacaq qədər məşhur və peşəkardır.Ətrafında yalnız özünə sadiq adamları saxlamaqla yanaşı idarəsinin sirrinin qorunması üçün cani-dildən çalışırlar.
Redaksiyadan:Yazı ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Azərinfo.az


Paylaş:


Müəllif : Tarix:
13-10-2021, 10:26
Sikayət   


loading...
Загрузка...