reklam
Regionxeberlericom.az » Sosial » Deputat erməni dili kursu açır: - Niyə onlar Azərbaycan dilini yox, biz erməni dilini öyrənirik?

reklam

Deputat erməni dili kursu açır: - Niyə onlar Azərbaycan dilini yox, biz erməni dilini öyrənirik?



“Qarabağa dönüş” İctimai Birliyi (İB) erməni əsilli Azərbaycan vətəndaşlarının Azərbaycan cəmiyyətinə yenidən inteqrasiyasına töhfə vermək məqsədilə erməni dili kursları təşkil edir. Bu barədə “Qarabağa dönüş” İctimai Birliyinin sədri, Xankəndidən olan deputat Tural Gəncəliyev bildirib.
“Erməni əsilli Azərbaycan vətəndaşlarının Azərbaycan cəmiyyətinə yenidən inteqrasiyasına töhfə vermək üçün biz erməni dili kursları təşkil edirik. Biz erməni dilini öyrənirik, biz erməni dilində danışırıq, biz erməni dilini öyrədirik”, - deyə T. Gəncəliyev qeyd edib.

Maraqlıdır, niyə onlar Azərbaycan dilini yox, biz erməni dilini öyrənirik? Ermənilər Azərbaycana inteqrasiya olunursa, Azərbaycan dilini öyrənməli deyillərmi?

“Bu bizim deputatın çox səhv addımı və yanaşmasıdır”. Bu fikirləri deputat Aqil Abbas Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, 30 min erməniyə görə erməni dili öyrənməli deyilik.

“Azərbaycanın dövlət dili var. Azərbaycanda yaşayan hər bir kəs bu dili bilməlidir.

Əvvəllər Gürcüstanda yaşayan azərbaycanlılar gürcü dilini bilmədiyi üçün onları işə götürmürdülər. Sonra insanlar məcbur olub gürcü dilini öyrəndi. Hazırda Gürcüstanda azərbaycanlı deputat, polis rəisi və s. var. Ermənilər də eyni bizim Gürcüstanda olan azərbaycanlılar kimi əziyyət çəkib dövlət dilimizi öyrənsinlər.

Bir dövlətdə iki dil olmaz. Olnar əziyyət çəkib azərbaycan dilini öyrənsinlər”,- deyə deputat bildirib.

Qeyd edək ki, ermənilər heç Azərbaycana inteqrasiya olunduqlarını bəyan etməyiblər. Hələ də "müstəqillik"dən, statusdan danışırlar. Tural Gəncəliyev isə Xankəndidən olan deputat olsa da, heç özü Xankəndiyə gedə bilmir, ermənilərin yaşadığı əraziyə ayaq basa bilmir.
Bizimyol.info


Paylaş:


Müəllif : Tarix:
13-10-2021, 15:03
Sikayət   


loading...
Загрузка...