reklam
Regionxeberlericom.az » Sosial » Pasport varsa, dərs də var: - Neçə tələbə universitetlərə buraxılmır?

reklam

Pasport varsa, dərs də var: - Neçə tələbə universitetlərə buraxılmır?



Sentyabrın 29-dan etibarən yuxarı sinif şagirdləri ilə yanaşı, ali və orta-ixtisas təhsili müəssiələrində təhsil alan tələbələr üçün əyani tədris bərpa olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargah müvafiq qərarına əsasən, yaşı 18-dən yuxarı olan tələbələrdən universitet və kollec binalarına daxil olmaq üçün “COVID-19 pasportu” tələb olunur.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu tələbi 26 iyul 2021-ci ildə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda dəyişiklik edərək qoyub.

Cebhe.info qoyulan yeni tələbə universitetlərin necə əməl etdiyi, “COVID-19 pasportu” olmayan neçə tələbənin dərslərdə iştirak etməməsi ilə maraqlanıb.

Bakı Dövlət Universitetinin (BDU) ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva bildirib ki, 18 yaşdan yuxarı tələbərin hamısının ya “COVID-19 pasportu”, ya da “immunitet sertifikatı” var.

O, indiyədək heç bir tələbədən həmin sənədlərin yoxluğu ilə bağlı müraciət daxil olmadığını deyib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat katibi Cavid Hüseynov hazırda bir müəllimin “COVID-19 pasportu” və “əks göstəriş sertifikatı” olmadığı üçün universitetə buraxılmadığını deyib:

“18 yaşdan yuxarı tələbələrin hamısının “COVID-19 pasportu” var. Müəyyən xəstəlikləri olanlar, hamilə qadınlardan “COVID-19 pasportu” tələb olunmur”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov tələbələrin kənardan onlayn dərslərə qoşulduqlarını qeyd edib:

“Bizim universitetdə yaşı 18 olmuş tələbələrin 96,4 faizi vaksin olunub və “COVID-19 pasportu”na sahibdir. Eyni zamanda, 412 tələbəmizin “immunitet sertifikatı”, 7 tələbəmizin isə “əks göstəriş sertifikatı” var. Qərara görə, auditoriyanın tutumunun 70 faizdən çoxu əyani formada dərsdə iştirak edə bilməz. Biz həm bu amili, həm də gələcəkdə hansısa tələbədə koronavirusa yoluxmaq, hər hansı qrupun təcrid olunması ehtimalını nəzərə alaraq, kənardan da dərslərə qoşulmaq üçün bütün texniki avadanlıqları almışıq. Tələbələr uzaqdan da dərslərə qoşulurlar ki, tədrisdən kənarda qalmasınlar. Ona görə də bizim universitetdə dərsdən kənarda qalan tələbə yoxdur”.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) mətbuat xidmətinin rəhbəri Şəhanə Müşfiq univeristetin bu halları ciddi nəzarətdə saxladığını deyib:

“18 yaşı keçmiş hər bir tələbə vaksin olunub. Bir neçə tələbə var ki, 1-ci doza vaksin olunub, bu günlərdə onların 2-ci doza vaksinin vaxtıdır. Bu səbəbdən də dərsə buraxılmayan tələbəmiz yoxdur”.


Paylaş:


Müəllif : Tarix:
14-10-2021, 15:29
Sikayət   


loading...
Загрузка...