reklam
Regionxeberlericom.az » Sosial » Əli Həsənovun sosial şəbəkələrdən qaçma səbəbi - İLGİNC

reklam

Əli Həsənovun sosial şəbəkələrdən qaçma səbəbi - İLGİNC



Son dövrlərə qədər aktiv “Facebook” istifadəçilərindən olan PA-nın sabiq şöbə müdiri Əli Həsənovun sözügedən sosial platformadakı paylaşımlarına uzun müddətdir ki rast gəlmək olmur.

Belə ki, Əli Həsənov daha əvvəl ölkə gündəmi ilə bağlı məsələləri öz statusları ilə şərhləri və əvvəlki dəst-xəttinə uyğun qaydada paylaşımları ilə sosial şəbəkə aktivliyini saxlamaqla gündəmdə qalmağa çalışırdı. Hətta Əli Həsənov paylaşımlarının şərh bölümündə ona yönələn ittihamları da ara-sıra cavablandırırdı.

Xüsusilə də, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun sabiq rəhbəri Vüqar Səfərlinin məhkəmə işi ilə bağlı yeni iddialar səsləndirildikdən sonra, avqustun 21-də Əli Həsənovun məhkəməyə çağırılması onun feyzbuk səhifəsində izləyici aktivliyini daha da artırdı.

Lakin...

Məhkəməyə çağırılmasının üzərindən heç iki ay belə keçməmiş – oktyabrın 7-də, özünün şantaj olunması haqqında məşhur tvitindən sonra Əli Həsənov özünün feyzbuk profilini bağladı. Bundan əlavə, Həsənovun öz adına səhifəsi hələ də aktivdir. Lakin bu səhifədən edilən ən son paylaşım iyul ayının 13-nə təsadüf edir.

Xüsusilə diqqətdən yayınmayan məqam isə, Əli Həsənovun feyzbuk fəaliyyətində əsas yer tutan mövzularda – Prezidentin siyasi kursuna dəstək nümayiş etdirən, eyni zamanda müharibə zamanı dövlətçilik və vətənpərvərlik mövzusunda edilən paylaşımları silməsidir.

Əli Həsənovun “Facebook”da birdən-birə bu cür radikal dəyişikliklər etməsi isə bir sıra cavabsız sualların yaranmasına səbəb olub:

Əli Həsənovu “Facebook”dan küsdürən səbəb nədir?

Görəsən, Əli Həsənovun növbəti dayanacağı müxalifət düşərgəsimi olacaq?

Qeyd edək ki, Əli Həsənov PA-da tutduğu vəzifəsindən 2019-cu ilin noyabrında azad olunub. Eyni zamanda sabiq dövlət məmuru 2020-ci ilin martında YAP-ın İdarə Heyətindən də xaric olunub.



Paylaş:


Müəllif : Tarix:
14-10-2021, 17:02
Sikayət   


loading...
Загрузка...